-Onda söylə görək, nə fikirdəsən, - deyə Mart Dovşanı təklif etdi.
-Mən elə də edirəm, -Alisa tələsik cavab verdi. - Düşündüyümü deyirəm. Hər halda... Hər halda, mən nə dediyimi düşünürəm - bu da ki eyni şeydir.
-Heç də eyni şey deyil, - Şlyapaçı etiraz etdi. - Buna əsasən deyə bilərsənmi: "Mən gördüyümü yeyirəm"in də mənası eynidir?
-Buna əsasən demək olar ki, - Mart Dovşanı əlavə etdi, - "İstədiklərimin hamısı özümdədir" və ya "Özümdəkilərin hamınısını istəyirəm"in mənası eynidir?
-Hələ, bəlkə, bir deyəsən ki, - görünür, yuxuda söhbət edən Yuxucul əlavə etdi, - "Mən yatanda nəfəs alıram" və ya "Mən nəfəs alanda yatıram"ın da mənası eynidir.
Şlyapaçı dedi:
-Sənin üçün elə bunlar da eyni şeydir!
O çoxdandır ki, özünə yaxşı məsləhətlər verməyə adət etmişdi (hərçənd onları nadir halda yerinə yetirirdi) və hərdən özünü elə sərt danlayırdı ki, gözləri yaşarırdı.