Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Anna Karenina

Lev Tolstoy

Sözler ve Alıntılar

Tümünü Gör
Biz hazır olub-olmadığımız haqqında düşünməməliyik: Allahın neməti insan təxəyyülündən asılı deyil; nemət bəzən onu əldə etməyə çalışanlara nəsib olmur, amma bir də görürsən ki, Savl kimi bu nemətin dalınca qaçmayanlara qismət olur.
Sayfa 772Kitabı okudu
"Sevib evlənsən, həmişə xoşbəxt olacaqsan, çünki xoşbəxtlik hər bir insanın öz ürəyindədir".
Sayfa 432Kitabı okudu
Reklam
Hər bir adam onu əhatə edən şəraitin bütün mürəkkəbliyini ən xırda təfərrüatına qədər bildiyinə görə qeyri-ixtiyari olaraq elə güman edir ki, bu şəraitin mürəkkəbliyi və onu aydınlaşdırmaq məsələsindəki çətinlik yalnız ona məxsus şəxsi, təsadüfi xüsusiyyətdir və heç cür düşünmür ki, başqaları da eynilə onun kimi öz şəxsi şəraitinin mürəkkəbliyi ilə əhatə olunmuşdur.
Sayfa 327Kitabı okudu
Əgər yaxşılığın səbəbi varsa, bu artıq yaxşılıq deyil; əgər onun nəticəsi varsa, ona görə mükafat verilirsə, bu da yaxşılıq deyil. Deməli, yaxşılıq səbəb və nəticələr silsiləsindən kənardadır.
Sayfa 834Kitabı okudu
“Xoşbəxtliyin nə olduğu haqqında qətiyyən anlayışları yoxdur, onlar bilmirlər ki, bu məhəbbət olmadan bizim üçün nə xoşbəxtlik, nə də bədbəxtlik var, - ümumiyyətlə, həyat yoxdur.”
Sayfa 197Kitabı okudu
Nədə olursa-olsun, riyakarlıq etməklə ən ağıllı və ən fərasətli adamı da aldatmaq mümkündür; lakin ən məhdud anlaqlı uşaq belə bu riyakarlıq nə qədər məharətlə gizlədilsə də, onu dərk edir və ondan iyrənir.
Sayfa 288Kitabı okudu
Reklam
..axı bizim dünyamız - kiçik bir planetdə əmələ gəlmiş kifdən başqa bir şey deyil. Bizsə elə zənn edirik ki, bizim nəsə böyük fikirlərimiz və böyük işlərimiz ola bilər! Bütün bunlar qum dənələri kimi xırda şeylərdir.
Sayfa 405Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.