Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Art və Xaos

Qaraqan

Art və Xaos Gönderileri

Art və Xaos kitaplarını, Art və Xaos sözleri ve alıntılarını, Art və Xaos yazarlarını, Art və Xaos yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İnsan bədəni ən böyük gizli narkotik fabrikidir.
Bir vaxtlar çinlilər insanları və onların dünyalarını bir birindən ayıran sədd tikirdilər,indi isə həmin işin öhdəsindən heç də pis gəlməyən qulaqlıqlar düzəldirlər.
Reklam
- Tüstüsü xoşuma gəlir. Sadəcə, tüstünü xoşlayıram . Onun çıxmasını və göyə ucalmasını. Bu tüstü ilə birlikdə mənim xırdaca parçalarım da kosmosa uçur. Hətta mikroskopik molekullar boyda olsalar da , mənim hansısa parçam uçub ulduzlara qovuşur və bunu bilmək mənə xoşdur .
Sayfa 95
Xloe & Eyden
İnsanlar onlara kimsə baxanda danışa bilmirlər, mən isə hətta nəfəs almaqda da çətinlik çəkirəm...
Qanun NəşriyatıKitabı okudu
376 syf.
·
Puan vermedi
·
14 günde okudu
Art və Xaos
Art və Xaos
“Mentalitet Nazirliyi isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər “Nə deyərlər”inizin sağlamlığına ziyandır”. Mənim aləmimdə “pis kitab” anlayışı yoxdu, sadəcə dünyagörüşünə, baxışına, maraq dairəsinə və s. uyğun olmayan kitab ola bilər. Hər fərd fərqli “kitab zövqünə” malik olduğu üçün yanaşmalar da fərqli ola bilər təbii ki. Bu kitaba gəlincə, zəhmətinə dəyər verirəm, müəllifin dünyagörüşünə şübhə etmirəm, ancaq mənim oxuyucu dairəmə uyğun olmadığını düşünürəm, həddən artıq çox cinsəl münasibətlərə yer verilib və bu münasibətləri ədəbi dilə salaraq oxuyuculara çatdırır. Əsərdə adı çəkilməsə də, Azərbaycandan olduğu güman edilən Aydın (Eyden kimi keçir) adlı bir musiqiçinin ABŞ-a köçməsi və qəribə hostelə düşməsi ilə hadisələr başlayır. Hosteldə olan hər şey doğrudan uzaqdır: hadisələr, münasibətlər, hətta insanlar da. Eyden burda Xloe ilə tanış olur və ona xüsusi hisslər olduğunu düşünür. Ancaq “oyun” bitdikdən sonra onu itirir. Tapmaq üçün çox çalışsa da, sonda nəticəsiz qalır. Eyniadlı albom buraxmasıyla, “Xloe” ortaya çıxır. Ta ki kiçik bir kafedə əsl “Xloe”nu görənə kimi. Əsərin sonluğu naməlumdu, ola bilsin ki oxucunun ixtiyarına buraxılıb. Çox ciddi mesajlar verdiyini düşünmürəm, tövsiyyə edə biləcəyim kitablar siyahısına əlavə etmirəm. 20 və daha aşağı yaş qruplarına isə ümumiyyətlə oxumağı tövsiyyə etmirəm.
Art və Xaos
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019649 okunma
İnsanlar başqalarının halına yanmağı xoşlayır, amma başqalarının xoşbəxtliyinə dözə bilmirlər.
Sayfa 307 - Teas PressKitabı okudu
Reklam
Sevən insanların hərəsi bir cür dəlidir.
Sayfa 236 - Teas PressKitabı okudu
Biz sadəcə danışmırdıq, biz gözəl danışırdıq, ya da ən azı gözəl danışmağa çalışırdıq. Əgər dialoqlar düşüncələrin görüşüdürsə, onda bizim düşüncələrimiz rəqs gecəsində görüşmüşdülər və yüngül valsın qanadlarında fırlanırdılar.
Sadəcə, insanlar daha mənim üçün maraqlı deyil. Ona görə yox ki, onlardan xoşum gəlmir, ona görə ki, onların hamısı bir-birinə bənzəyir… #ArtvəXaos
Sən demə, "Cinayət və cəza" Dostoyevskinin özünün ən çox nifrət etdiyi əsəri imiş, çünki onu süjet xəttini tamamilə dəyişdirməyə məcbur etmişdilər. Orijinalda əsərin adı "Cəza və cinayət” olub.
Sayfa 225 - Teas PressKitabı okudu
Reklam
Şəxsiyyət - özümüzü necə adlandırırıqsa, bu gün, bu dəqiqə necə təqdim ediriksə, odur.
Sayfa 217 - Teas PressKitabı okudu
Axı mahnılar da, bir növ, ünsiyyətdir. Sən öz təcrübəni dinləyicilərə ötürürsən, onlar da sənin sözlərində özlərinə doğma, yaxın olan nəsə tapırlar.
Sayfa 207 - Teas PressKitabı okudu
Cənubi Amerika qəbilələri arasında yalnız çoxlu hərf yığını ilə izah edilə bilən belə bir anlayış var "mamihlapinatapai". Onun hərfi mənası belədir: iki nəfər diqqətlə bir-birinin gözünün içinə baxır, ikisi də eyni şeyi istədiklərini başa düşür, amma heç biri o birinə yaxınlaşmağa və ilk addımı atmağa cürət etmir.
Sayfa 154 - Teas PressKitabı okudu
İlon Maks inanır ki, bizim yaşadığımız aləm simulyasiyadır, bir növ, kompüter oyunudur. Quranda da təxminən buna bənzər fikirlər var. Bizim dünyəvi həyatımız oyunun yalnız birinci raundudur. İkinci raund isə öldükdən sonra bizimlə baş verənlərdir.
Sayfa 128 - Teas PressKitabı okudu
- Vau, sən müsəlmansan? - Нә. - Sizin dininiz mənim üçün həmişə maraqlı olub. - Doğrudan? Nə üçün? - Biz bazar günlərində İsa yolunda nəğmələr oxumaq istəyirik, siz isə Allah yolunda məktəblilərin avtobusunu partlatmağa hazırsınız.
Sayfa 125 - Teas PressKitabı okudu
868 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.