Aydınlanma Səyahəti

Ceylan Mumoğlu

Aydınlanma Səyahəti Sözleri ve Alıntıları

Aydınlanma Səyahəti sözleri ve alıntılarını, Aydınlanma Səyahəti kitap alıntılarını, Aydınlanma Səyahəti en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"İnsanı xoşbəxt edən addımladığı yollardır. Kainat ağacının meyvəsi tam yetişməlidir."
Sayfa 10 - Elm və təhsil
"Şüurlu fərqindəlik halında fərd rahat, xoşbəxt, hazır və oyaqdır. O, özündə yaranan düşüncə və hissləri necə müşahidə edəcəyini bilməlidir. Fərd zehnini tanımaq istəyirsə, bunun tək yolu onun haqqında hər şeyi müşahidə etmək və öyrənməkdir."
Sayfa 31 - Elm və təhsil
Reklam
Hisslərinizi bütöv olaraq istifadə edin. Ətrafınıza baxın. Sadəcə baxın, mühakimə etməyin. İşığı, formaları, rəngləri, quruluşları görün. Hər bir şeyin səssiz mövcudluğunun fərqində olun. Hər şeyin olmasına izin verən boşluğun fərqində olun. Səsləri dinləyin; səslərin altındakı səssizliyi dinləyin. Bir şeyə, hər hansısa bir şeyə toxunun, onun varlığını hiss edin, onu qəbul və təsdiq edin.
"Addımladığımız yollar bir-birinə bənzəyə bilər, eynilə barmaqlarımız kimi, həm də bir-birindən fərqlənərlər, eynilə barmaq izlərimiz kimi"
Sayfa 7 - Elm və təhsil
Dayandığınız yer adətən gördüyünüz şeyi və onu necə gördüyünüzü müəyyən edir.
Ulduzlara baxdigimiz zaman bizden nece isiq ili uzaq olduqlarindan asili olaraq onlarin nece nece iller onceki halini goruruk eslinde. Ceylan xanim kecmisden geleceyinin nece parlaq oldugunu daim oz gozel qelbi ve edebi dusunceleri ile subut etmis sehirli dan ulduzumuzdur. Ugurlariniz davamli olsun
Reklam
Həqiqət fəth edilməsini istər! Kiminsə ağzına hazır bişmiş vəziyyətdə düşməz. Sadəcə oturub gözləyənə agah olmaz, əksinə, ona aparan təhlükəli yolun gözə alınıb qət edilməsini arzulayar. Həqiqət riskə atılmağı sevər. Ancaq həqiqəti riskə ata bilənlər onun tərəfindən təkrar qucaqlana bilərlər. Bu qucaqlanma əsnasında da tərk edilmişlik hissinin boğucu spiralından qurtulmaq şansı ortaya çıxar.