Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ayrılıq

İlqar Kamil

Ayrılıq Sözleri ve Alıntıları

Ayrılıq sözleri ve alıntılarını, Ayrılıq kitap alıntılarını, Ayrılıq en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Azadlığım - hər istəyəndə sənə gəlib, səni görə bilməkmiş; indi anladım...
-Ayrılıq!!! Necə deyərlər, hər bir dərddən olan yaman ayrılıq!... Özümü dərk edən gündən anladım ki, mən ayrılmaq üçün gəlmişəm. Anladım ki, bu tərəflərdə müvəqqetiyem, heç qonaq da deyiləm, təsəvvür edirsən, man bu dünyadan keçan adi bir yolçuyam, yolçu! Üstəlik, atam ölən gün, kim olursan ol, bu yolçuluğun hər an, har ləhzə bitə biləcəyini iliklərimə qədər hiss etdim. Yaxşı, ayrıldım, bas sonra?! Sonra nə olacaq?! Olacaqmı nəsə?! Bəlkə, olacaq?! Axı necə "puffff" deyə yoxa çıxa bilərəm man?! Yani, doğrudan da, belə olacaq? Yoox, ağlım kəsmədi bunu, bəziləri kimi gönüqalın olub, yoxluğu belǝ rahat-rahat həzm edə bilmədim. Ayrılıq, Ayşən, ayrılıq! Bu qənaətimin adını "ayrılıq" qoydum. Çiyinlərim hər dost-tanış tabutu altına girdikdə bu ayrılığın mütləqliyini daha çox hiss edirdim...
Sayfa 110Kitabı okudu
Reklam
Bilirsən, bəzi insanlar dağ kimidi; yamacları gözəl, zirvəsi əlçatmaz, fəqət onu tam görə bilmək üçün bir az uzaqda dayanmaq lazımdı. Bu boyla, bu buxunla dağın dibində dikilib onun bütününü görmək imkansızdı axı. Demək, uzaqlıq həmişə pis olaraq dəyərləndirilməməlidir, hər uzaqlıqda, hər ayrılıqda bir hikmət mütləq var.
Sayfa 332Kitabı okudu
Bilə-bilə darıxıram sənin üçün, gəlmən üçün darıxıram sənin üçün, bilmən üçün darıxıram sənin üçün... Bəs sən bilirmisən? Öldürən - Allah, darıxdıran - Sənsən! Gelsen, darıxmaram...
Sayfa 252Kitabı okudu
-Sanə demişdim axı, sevməyə tələsmə, oğlum, sevmek çox vaxt alır!
Sayfa 231Kitabı okudu
Çətinliklər həyasız, dalaşqan adamlar kimidir; onlara əhəmiyyət verib, cavab qaytarsan, dirǝşəcək səninlə, daha çox çıxacaq özündən, olan-qalan abrını da aparacaq, fikir verməyib, yanından gülüb keçsən, o da keçib gedəcək...
Sayfa 193Kitabı okudu
Reklam
-Kitab da qida kimidir, hər mədənin öz yeməyi oldu ğu kimi, hər başın da öz kitabı olmalıdır! Bir də deyirǝm, Pis kitab yoxdu, sadəcə lazımi yaşda, lazımi başda oxunmayan kitab var!
Sayfa 166Kitabı okudu
Ovçuluq kişinin ehtiyacıdır, qadın elə etməlidir ki, kişi düz bir ömür onun ardinca qaçsın, onu ovlamağa çalışsın, hər gün ox atsin, ovlasın da, amma tam ələ keçirə bilməsin, formul budur, qayda belədir!
Ayşen də razılaşmışdı mənimlə, fəqət söhbət uzana-uzana gəlib ümumilikdə ailələrin dağılma səbəblərinə çıxmışdı: necə olur ki, illərlə bir-birini sevən, bir-birinin dərdindən ölən iki gəncin ailə qurduqdan sonra sevgiləri o qədər mənasızlaşır ki, hətta ayrılmaq qərarına kimi gəlir çıxır? Yoxsa vüsal sevgini soyudur, öldürür? Elə isə, bəs necə olsun, belə çıxır ki, sevənlər heç vaxt qovuşmasın? Mən ortaya yeni bir fikir atmışdım, iddia edirdim ki, problemin darin psixoloji səbəbi var və bir əsaslı nöqtəyə diqqət etməklə sevgini vüsalda da qoruyub saxlamaq olar. "Sevgi əlçatmazlarda yaşayır!" Bunu men deyirdim ki, hünər - vüsalda belə, hicrani yaşatmağı bacarmaqdır! Ailə həyatı insanın bütünlüklə əlçatan olmasına səbəb olmamalıdır, kişi də, qadın da ailə həyatı qurduqdan sonra belə, haradasa bir yerdə, iki yerdə, üç yerdə əlçatmazlığını qoruyub saxlamalı, onun deyil, özünün olmalıdır! Bütün pərdələri yırtmaq olmaz, bu, çox təhlükəlidir! Qadın ya kişi... əsas da qadın elə ki, özünü elə bal ayındaca bütünlüklə ortaya qoydu, məsələ həll olundu, onun əlçatmazlıq zirvəsi fəth olunmuşdur; etiraf etmək cəsarət tələb etsə də, etiraf edirdim ki, ümumilikdə kişi psixologiyası belədir: "Indi ki, mənimsən, neynirəm səni?" Qadın bu məsələyə diqqət etməlidir, onun ovçu tǝrəfindən şikar olunmuş cismi ovçunun əllərində olsa da, ruhu bütünlüklə ona təslim olmamalıdır. Yoxsa ovçunun onu soyuducuya qoyub, yeni bir ov sorağına çıxması qaçılmazdır!
"İnsanın, xüsusilə kişinin sevinmək ehtiyacı kimi, sevin-dirmək ehtiyacı da var; siz onun sizi sevindirmə cəhdlərini boşa çıxarsanız (sevinməsəniz), o da bu daxili ehtiyacını təmin etmək üçün məcbur qalıb başqasını sevindirməyə başlayacaq! Elə isə, cəhdləri qiymətləndirin, yalandan olsa belǝ".
Reklam
İnsan sevdikləri üçün bəzən öz prinsiplərini çeynəməli olur; inanmadığı, vaxtilə lağa qoyduğu şeyləri belə etməkdən çəkinmir, təki onlara xoş olsun.
Çiy süd əmmişlərin ən dəyişməz xarakterləri belədir: işlərinə gəlməyincə səni elə qəliz unudarlar ki, haçansa bir gün var olduğuna şəkk edərsən...
- O da var, hǝ. Ayşənin doluxsunduğunu görüb özümdən asılı olmadan söhbətə müdaxilə etdim. Bildi- yim odur ki, insan, elə fərqlisi, fərqsizi, hamı və hər kəs bu dünyada tənhadır! Hər kəs zaman-zaman bu tənhalığını hiss edir, əslində... Bilirsən, Ayşən, məncə, insanın bu dünyadakı bütün cəhdi bu tənhalığını qapamağa yönəlib, o, bir gün bunun mümkünsüzlüyünü anlasa, tənhalığı ilə banışsa və hətta yavaş-yavaş tənhalığını sevməyə başlasa, o vaxt bütün bu cəhdlərinin lazımsızlığını hiss edəcək!
Sayfa 181Kitabı okudu
Dünyaya gələn hər bir insan mütləq bir hədəf üçün - kimisə xilas etmək, kiminsə qəhrəmanı olmaq üçün gəlir və bu missiyasını tez bitirən tez, gec bitirən gec ölür...
Sayfa 103Kitabı okudu
Eşqin ən xoşuma gəlməyən cəhəti budur ki, insana sağını, solunu, önünü, arxasını - bütün ətrafını unutdurur; dünya dağılsın, tufan qopsun, çay daşsın, qazança yansın, bilmirəm, neft elə gəlsin, müxalifət belə getsin... heç vecinə də olmur - sən yalnız "O" deyirsən! Gözün ondan başqasını görmür ki.
Sayfa 175Kitabı okudu
22 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.