Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qurani Kərim və Azərbaycan Dilində Mənaca Tərcüməsi

Əlixan Musayev

Sözler ve Alıntılar

Tümünü Gör
Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Reklam
ən-Nəcm
"İnsan can atdığı şeyə nail olar. Əlbəttə,onun can atdığı əməl ona nəsib olacaqdır."
Sayfa 731
Muhəmməd surəsi
"Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar,dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır.Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir.Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi ?"
Sayfa 699
Əl-Bəqərə Surəsi 285.
Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur'ana) inanmış və möminlər də iman gətirmişlər.(Onların) hamısı Allaha,Onun mələklərinə,kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik.Ey Rəbbimiz,bizi bağışla.(Axır)dönüşümüz Sənədir!"
Reklam
Əl-Bəqərə Surəsi 255.
Allahdan başqa heç bir tanrı yoxdur.(Diri,zati ilə qaim olan,dünyanı yaradıb idarə edən)əzəli,əbədi varlıq Odur.O nə mürgü,nə də yuxu bilər.Göylərdə və yerdə nə varsa(hamısı)Onundur.Allahın izni olmadan Onun yanında kim şəfaət(bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş)edə bilər?O,bütün yaranmışların keçmişini və gələcəyini(bütün olmuş və olacaq şeyləri)bilir.Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər.Onun kürsüsü(elmi,qüdrət və səltənəti)göyləri və yeri əhatə etmişdir.Bunları mühafizə etmək,Onun üçün heç də çətin deyildir.O,ucadır,böyükdür!
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.