Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda

Mehmet Emin Resulzade

Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda Gönderileri

Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda kitaplarını, Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda sözleri ve alıntılarını, Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda yazarlarını, Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
114 syf.
·
Puan vermedi
·
3 günde okudu
Məhəmmədəmin Rəsulzadə : Bu kitabi yazmaqda məqsədimiz Avropa oxucusunu kiçik bir millətin insan haqları, müstəqillik uğrunda mübarizəsi ilə tanış etməkdir. Bu mübarizə müasir demokratik düşüncənin, Avropa mədəniyyətinə məxsus yüksək dəyərlərin an böyük düşməninə qarşıdır. Sizə işğal va imperialist "qırmızılara", yani rus bolşeviklərina qarşı mübariza aparmış Azərbaycan xalqının qəhramanlıq salnaməsindən bəhs edəcəyik. Lakin bu cəsarətli mübarizə haqqında hekayəyə başlamazdan avval sizə Azərbaycan, azərbaycanlılar, onlarin tarixi, iqtisadiyyatı, mədəni dəyərləri haqqında məlumat vermək istərdik.
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda
Azərbaycan Müstəqillik Üçün Mübarizə YolundaMehmet Emin Resulzade · Çapar Yayınları · 202031 okunma
Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər.
Reklam
Kiçik bir bröşürdə Azərbaycan xalqının bütün insanlıq tarixində mövcud olmuş ən vəhşi və qorxulu tiranlığa qarşı şanlı mübarizəsini təqdim etmək, təəssüf ki mümkün deyil.
"Müsavat" partiyası və Milli Azadlıq Komitəsi daimi olaraq qeyri-qanuni yollarla elan, bröşür və qəzetlər dərc edirdi. Ölkənin milli düşüncədə olan insanları onların ətrafında birləşmişdilər.
Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhraman qadın güllələnmədən öncə sinəsini geniş açaraq : "Yaşasın Azərbaycan!" - deyə bağırmışdı.
Hər kəs anladı ki, qırmızı Rusiyanın yalnız bir məqsədi var idi: " Qara qan" ilə dolu quyuları tez bir zamanda ələ keçirmək
Reklam
Yaşasın Azərbaycan!
Məktəb müəlliməsi olan Vəsilə xanım Zaqatala üsyanına rəhbərlik edən həyat yoldaşına ruhlandırıcı məktub yazdığı üçün güllələnmişdi. Qucağındakı körpəsi əlindən alınarkən belə sükunətini qoruyan bu qəhrəman qadın güllələnmədən öncə sinəsini geniş açaraq: "Yaşasın Azərbaycan!" - deyə bağırmışdı.
Bakının işləyən əhalisi isə 152 vaqon şəkər, çay, kofe, kakaodan ibarət hədiyyəni Lenin yoldaşa göndərirdi. Hərçənd ki ölkənin özünün bu məhsullara ciddi ehtiyacı var idi.
Millət inanılmaz əziyyət çəkir, dağlara çəkilən üsyançılar xaricdən heç bir dəstək almadan möhtəşəm şücaət göstərirlər. Gələcəkdə onları daha ağır nəticələr gözləyir. Bəlkə də, məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər.
33 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.