Bakı 1501

Azize Caferzade

Sözler ve Alıntılar

Tümünü Gör
Müharibə başlayır....
Salamat qal, Sultanım. _ Salamat qayıt, sevdiyim. - Allah amanında. - Tanrım sənə yar olsun. Ayrila bilmirdilər.
Sayfa 81 - Qazi bəyKitabı okudu
"Elə adamlar var ki, dilində dünyanı beş günlük sayır. Amma buna inanmır, inansa da, dünya malını beş əllə tutur. Çayır kimi kök atır, ev tikir, bostan əkir, kainatı versən də, gözü doyan deyil dünya malından". Altında da qeyd etmişdi: "Hər halda bunlar dünyaya gəlib heç bir iş görməyib gedənlərdən yaxşıdır. Heç olmasa abad ev, abadan bağ qoyub gedirlər?"
Sayfa 219 - "Qaraçı ribatı"Kitabı okudu
Reklam
- Sən öləsən, düşmən də olsa, nə gözəl oxuyur! Özü də lap bizim kimi… - Bizim kimi olmayanda, necə oxuyacaq? Dili dilimizdən, qanı qanımızdandı. Bircə boyunlarına düşüb. "Əliyyən vəliyyullah" demirlər. - Necə? Şahi-Mərdan Mürtəza Əlini? - Hə də... Bəs bu dava neyçündü? Məzhəb məsələsidi də... Birinci qəlbində düşündü: "Nəüzubillah, yaxşı, axı bəs bundan mənə nə? "Nə əkərsən, onu biçərsən", - deyiblər. Bu dünyada nə savab qazansan, o dünyada nameyi-əmalında rəsulun qulluğuna aparacaqsan. Özün də özünə cavab verəcəksən əməlinçün. Bəs mən niyə qırım bunları?" - düşündü. Lakin bu sözlərin birini də qorxudan dilinə gətirə bilmədi, "Lənət şeytana", - deyib qəlbindən qovdu.
Sayfa 97 - “Qoşun gəlir”Kitabı okudu
"Yer üzündə bir hakim var ki, əzəli də odur, əbədi də. Onun dərgahında şahla gəda bir təndədi; onun dərgahında hər şeyə qadir olan pul-varidat da acizdir. Ölüm! Bəli, ölüm - qarşısıalınmaz bir sirri-kainatdır!"
Sayfa 7 - İlk görüşKitabı okudu
"…Bilirdi ki, insanlar binəsibdir. Bu dünyada heç nə, heç bir xoş güzəran, səadət tapa bilmədiklərindən, binəsib insanlar üzlərini axirət dünyasına, axirətdə xoş gün, səadət, dinclik, bərabərlik vəd edən təriqət başçılarına çevirmişlər. Bu dərvişlər, təriqətlər hər şeyi axirətdə vəd etsələr də, beş günlük dünyadan getməyə, əbədi səadətə qovuşmağa çağırsalar da, məclisləri şən idi, musiqili idi, dünyanın əzablarını unutdururdu. Dərviş özünü şah, sultan adlandırmaqla insanlara bərabərlikdən xəbər verirdi. "Haqqın qarşısında hamı bərabərdir", - deyə müasir zalım şahlara, sultanlara meydan oxuyurdular. Fəqirin canından tikan çıxarır, qəlbini ümidlə doldururdular. (…) İbrahim getdikcə, gözü açıldıqca görürdü ki, bu zaviyələr mürşüdlər - qütblər üçün heç də qiblə, axirət dünyasının qapısı deyil: siyasi düşmənlərə qarşı mübarizədə, hakimiyyəti ələ almaq üçün gizli mərkəz, dayaq nöqtəsidir. Onlar istədikləri vaxt binəsibləri, minbir ümidlə buralara toplaşan füqəranı cihad adı ilə ayağa qaldırır, öz siyasi düşmənlərinə qarşı çıxarır, ölənlərin fərqinə varmadan qalib gəlirlər…"
Sayfa 184 - "Ölüm və yenidən doğulma mərasimi"Kitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.