Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

I Kitab

Bakı Tarixindən Kollaj

İlqar Fəhmi

Bakı Tarixindən Kollaj Sözleri ve Alıntıları

Bakı Tarixindən Kollaj sözleri ve alıntılarını, Bakı Tarixindən Kollaj kitap alıntılarını, Bakı Tarixindən Kollaj en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəli, mən təsvir etmək istədiyim Bakıdan çox uzaqdayam, hərçənd ki, zaman etibarilə bizi cəmi bir neçə onillik ayırır. İyirmi-iyirmi beş il bundan əvvələcən sürünə-sürünə də olsa mənim Bakım hələ yaşayırdı, çox qocalsa da, haldan düşsə də, görkəmi çox dəyişsə də diqqətlə baxanda hiss olunurdu ki, bu, mənim Bakımdır, bu, həmin Bakıdır; həyətləri qır iyi verən, asfalt yollarının qıraqlarında sınıq limonad şüşələri parıldayan, dəniz sahillərində neft qalıqları yığılan, qağayılarının da rəngi neftdən qaralan, toz-torpağı adamın ağız-burnuna dolan, xəzrisi əldən çanta, başdan papaq qapan (bu siyahını sonsuzluğa qədər uzatmaq da olar) bizim Bakı.
dördüncü fraqment
"Hamı günahkardır dünyada, amma Dünyada heç kimin günahı yoxdur"
Sayfa 120Kitabı okudu
Reklam
Təxminən əlli il əvvəl Bakı tarixinin ortasından burğu ilə yekə bir deşik açdılar, "çuşka" sözünü bürməliyib soxdular ora, fitilin ucunu yandırdılar, Bakı tarixi də elə partladı ki, binayi-qədimdən bizimkilər belə partlayış görməmişdi.
Sayfa 123Kitabı okudu