Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Başka Bir Mutluluk Fikri

Marc Levy

Başka Bir Mutluluk Fikri Gönderileri

Başka Bir Mutluluk Fikri kitaplarını, Başka Bir Mutluluk Fikri sözleri ve alıntılarını, Başka Bir Mutluluk Fikri yazarlarını, Başka Bir Mutluluk Fikri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- O, mənim ən yaxın dostumdur. Mənim yaxın dostuma çevrilmək onun üçün o qədər də çətin olmadı, çünki onsuz da mən ondan başqa heç kimlə ünsiyyət qurmurdum. - Mən isə əksini düşünürəm. Kiminsə yeganə dostu olmaq asan iş deyil. Onun sənin dostluğunu asanlıqla qazandığını düşünmürəm. - Bəlkə də elədir, nə bilim...
Sayfa 136Kitabı okudu
-Yaxşı, de görüm onu hər kəsdən fərqləndirən cəhəti hansıdır? -O, çox etibarlı və həddindən artıq alicənab biridir. -Həyatına toz kimi hopmuş bu lənətə gəlmiş yeknəsəqlikdən təmizlənmən üçün ürəyimdən səni bir armud ağacı kimi silkələmək keçdi! Bir insanla alicənab olduğuna görə deyil, içini titrətdiyinə, üzünü güldürdüyünə, səni göyün 7-ci qatında hiss elətdirdiyinə, ayaqlarını yerdən kəsdiyinə görə həyatını paylaşırsan. Qonşu otağa keçdikdə artıq onun üçün darıxmağa başladığına, onun səssizliyini belə maraqlı bir söhbət kimi dinlədiyinə görə, sənin çatışmayan cəhətlərini belə çox sevdiyinə görə onunla həyatını paylaşırsan. Axşamlar yuxuya gedən zaman ürəyinə bir ölüm qorxusu girdiyi anda onun hərarətli baxışlarını, isti əllərini düşünüb sakit bir yuxuya dalırsan. Bax, bunlara görə kiminləsə hayatını paylaşırsan! Bunlardan əlavə onun hələ bir alicənablığı da varsa, lap yaxşı. Amma tak alicənablıqla heç nə olmaz!
Sayfa 133Kitabı okudu
Reklam
Mən belə başa düşdüm ki, sosial şəbəkələr uzaqda olan insanları yaxınlaşdırır, yaxındakı insanları isə bir-birindən uzaqlaşdırır.
Xatirələr çox qəribə şeydir. Bəziləri elə bil ki, onlarla qidalanır, sanki hayat onlardan asılıdır, sanki ölümü onlardan uzaqlaşdıran məhz xatirələrin varlığıdır. Bəziləri isə ömürlərinin qalan hissəsini rahat yaşaya bilmələrinin tək yolunu onlardan qurtulmaqda görürlər.
Həyatda təsadüflər yoxdur, yalnız görüşlər var. Pol Eluard
biz sevdiyimiz insanlara nə qədət boş, mənasız sözlər deyirik. Amma ürəyimizdə onlara demədiyimiz o qədər söz qalır ki...
Reklam
Bəzən həyatda elə anlar olur ki, sən hər şeyi aydın görə bilmirsən və sənə verilən an gözəl şansın yanından düz keçib gedirsən.
Başqa Bir XoşbƏxtlik
Başqa Bir XoşbƏxtlik
Yaxşı, de görüm onu hər kəsdən fərqləndirən cəhəti hansıdır? - Milli soruşdu. - O, çox etibarlı va həddindən artıq alicənab biridir. - Həyatına toz kimi hopmuş bu lənətə qalmış yeknəsəqlikdən təmizlənmək üçün ürəyimdən sanki bir armud ağacı kimi silkələmək keçdi! Bir insanla alicənab olduğuna görə deyil, içini titrətdiyinə, üzünü güldürdüyünə, səni göyün 7 -ci qatında hiss elətdirdiyinə, ayaqlarını yerdən kəsdiyinə görə həyatını paylaşırsan. Qonşu otağa keçdikdə artıq onun üçün darıxmağa başladığına, onun səssizliyini belə maraqlı bir söhbət kimi dinlədiyinə görə, sənin çatışmayan cəhətlərini belə çox sevdiyinə görə onunla həyatını paylaşırsan. Axşamlar yuxuya gedən zaman ürəyinə bir ölüm qorxusu girdiyi anda onun hərarətli baxışlarını, isti əllərini düşünüb sakit bir yuxuya dalırsan. Bax, bunlara görə kiminləsə həyatını paylaşırsan!
O, çox fərqlənirdi, - Aqata astadan dedi - Kimlərdən? - Hər kəsdən. O, hamı kimi deyildi. Amma insan sevəndə hər zaman belə düşünür.
539 öğeden 361 ile 370 arasındakiler gösteriliyor.