Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Gəncin Manifesti

Mir Celal

Sözler ve Alıntılar

Tümünü Gör
Körpə bir uşağın sevincini qarət edən bu canavar iştahlıları kim, nə zaman bizim ana torpaqlardan qovacaqdır? Nə zaman, nə zaman?..
O uşaqların hər şeyi vardı, ceyranları da olmalıdır.Baharın heç nəyi yoxdur, ceyranı da olmamalıdır.Onun çöldən tutduğu ovu da, dağların bəxş etdiyi ceyranı da saxlamağa haqqı yoxdur:çünki Bahar yetimdir, Bahar yoxsuldur, Bahar nökərdir, Bahar adamsızdır...
Sayfa 102Kitabı okudu
Reklam
O, dünyaya ağlaya-ağlaya gəldi. Gözləyərək intizarla yaşadı. Sıxıla-sıxıla getdi. Qorxu ilə doğuldu, qüssə ilə öldü. Yumruğunu düyərək döyüşmək üçün gəldi,əllərini açaraq hər şeydən məhrum və məyus getdi. Heç vaxt görmədiyi mərhəmət və şəfqətin intizarı ilə öldü, siz onun rəsmində bu acı həyatını verin...
Onun təqsiri kasıblıqdır, kasıblıq! Bu zamanədə kasıblıqdan böyük günah nədir? Canın çıxsın, kasıb olma! Yıxıl öl, kasıb olma!
Sayfa 26
Müsəlmanın iși belədir, xalça-palazı yük yerində çürüdər, özünün də canı çul üstündə çıxar!
Deyərlər: "Sən saydığını say, gör fələk nə sayır."
Reklam
Qoy islamdan - hicabdan danışan əmmaməli, fəsli cənablar, soyulmuş, talan olunmuş qadınları, yetim qalmış uşaqları görsünlər.
Onuncu fəsil-Kəndin harayında-Yəhya
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.