Bir Milyon Dollarım Olsaydı

Qaraqan

En Yeni Bir Milyon Dollarım Olsaydı Sözleri ve Alıntıları

En Yeni Bir Milyon Dollarım Olsaydı sözleri ve alıntılarını, en yeni Bir Milyon Dollarım Olsaydı kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Mənə insanların xoşbəxtliyindən danış. Sonra danışdıqlarına gül, güldüklərinə ağla. Utan və yalanlarını geri götür.
Bəlkə insanlar bir-birinə öyrəşəndən sonra bütün maraq ölür. Eyni filmə təkrar-təkrar baxmaq kimi.
Sayfa 184Kitabı okudu
Reklam
"Bala, pis adam yoxdur. Sadəcə, pis şərait var. Və pis şərait insanları pis olmağa məcbur eləyir."
Bir Milyon Dollarım Olsaydı
Elə bil enən eskalatorla daim yuxarı qalxmağa çalışırsan... Elə öz yerində sayırsan, anlayırsan ki, sən bir gün yorulacaqsan, o isə yox.
Bir Milyon Dollarım Olsaydı
Qəribədir, uşaqlığın xortdanları böyüdükcə insanlara çevrilirdi.
Bir Milyon Dollarım Olsaydı
İnsanlar indi faciə olmayan hər şeyi xoşbəxlik adlandırırlar.
Reklam
Bakı əlaqəsiz şəhərdi. Çox əlaqəsiz. Bu yuvanın qarışqaları bir-birindən çəkinir, ona görə də buğdanı gec daşıyırlar. İnsanlar çox az tanış olur və bunu günah sayırlar.
Sayfa 70 - "Qanun" nəşriyyatı
Deyirlər, pul adamı dəyişir. Amma yox, pul adamı elə olduğu kimi edir.
Sayfa 68 - "Qanun" nəşriyyatı
Biz hamımız tanımadığımız fironların könüllü qullarıyıq və görmədiyimiz ehramlara daş daşıyırıq.
Sayfa 68 - "Qanun" nəşriyyatı
Televizorda yeni kanallar açılır, yeni filmlər çəkilir, xəbərlər hər gün yeni şeylərdən danışlr və yazıq insanlarcıqlar elə bilirdilər ki, həyatları yeniliklərlə doludur
Sayfa 68 - "Qanun" nəşriyyatı
602 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.