Caner Akbulut "Buda" kitabının təhlili.
Störigin "Antik Dövr Fəlsəfəsi - Hint , Çin , Yunan" adlı əsərini oxuduqda Hint fəlsəfəsi hissəsinin bir bölümündə Budadan və onun fəlsəfəsindən bəhs edildiyini gördüm.Ayrıca üzərində durulası olduğunu düşündüyümdən əlimdə bu mövzuda yazılmış kitablardan biri olan Caner Akbulutun müəllifi olduğu "Buda" kitabını oxumağa başladım.
Kitab təkcə Buda və onun fəlsəfəsindən deyil eyni zamanda Hint tarixindən , Budanın yaşadığı dövrdəki Hint mənzərəsi , Hinduizm və Brahmanizmdən də səhifələrcə bəhs edir.
Sadəcə özüm üçün yazdığım bu təhlilimdə gələcək illərdə bilgilərimi təkrarlamaq adına bəhsi keçən mövzuları tək tək ələ almaq istəyirəm.
Hint tarixindən bəhs etməyəcəm çünki bu hissə maraq sahəm deyildi , bir başa Hint toplumu və düşüncəsindən başlayacağam.
Proto-Dravid xalqının M.Ö 3 - 2 minilliklərdə İndus yerləşməsiylə təməli atılan Harappa-Mohenjadaro mədəniyyəti zamanla hint fəlsəfəsinin təməlini yaratmağa başladı.Zamanla Aryanların M.Ö 9 minillikdə Vedalara çevrilən dini ilə tamamlanmanın yarandığını və köklərin salındıgını deyə bilərik.Brahmana yəni Tanrı Brahmanın ağzından yaradılan rahiplərə olan dərin hörmət isə Brahmanizi yaratmışdır.Onlar həm də Vedaları qorumaqla hökmlü idilər.Daha sonra Atmanla Brahmanın birləşib , tanrının insanla , nəfsiylə birləşdiyinə inan Uphanişadların doğuşunu görürük.Bunların da içindən yaranan Vişnuizm və Şivaizm isə yaranıb Brahmanizmlə birləşmişdir.Yəni görününür ki , bu fəlsəfə və ya inanc zamanla ayrılıqlara düşübsə belə birləşmələr yaşanıb.Ahimsa prinsibinin xüsusi önəmə sahib olduğu bu coğrafyada bir Ghandinin yetişməsi isə hər halda təsadüf deyildi.Əsas qanunları tənasüh (reinkarnasiya) və kast sistemine olan inanc olan Hinduizmdən bəhs edildikdən sonra isə Budanın həyatına keçid edilir.M.Ö