Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Canavar Ovu

Tural Sahab

Canavar Ovu Sözleri ve Alıntıları

Canavar Ovu sözleri ve alıntılarını, Canavar Ovu kitap alıntılarını, Canavar Ovu en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Adam anlayanda ki, yaxınını, əzizini birdəfəlik itirib, daha görməyəcək, doya-doya ağlamaq istəyir, dünyanın heyfini gözlərindən çıxmaq istəyir...
... istər insan olsun, istər heyvan, bir canlının bacarığının sərhədi onun ən çarəsiz qaldığı vaxtlarda sınanırdı...
Reklam
... heyvan insanın ürəyini bilir, o ürəkdəki sevgini də, nifrəti də hiss edir.
Köhnə məzarlıqda köhnəlməyən bir hüzn vardı. Dünyanın "dünən-bu gün" nizamını düşündüm. Onlar vardı bu dünyada, biz yoxduq... İndi də biz varıq, onlar yoxdu...
Hiss edirdim ki, gücüm ancaq gözlərimə çatır...
Sonra düşündüm ki, ölüm olan yerdə səbəb heç də həmişə önəmli olmur. Nə fərqi var? Əsas nəticə ölümün qalibiyyəti deyilmi?!
Sayfa 109Kitabı okudu
Reklam
Kim bilir, bəlkə o, həqiqətən, elədiyi səhvləri qəhrəmanlıq sayırdı? Bəzən insan geriyə dönüb yaşadığı ömrə baxır, orda əllə tutulası bir əməl axtarır, hansı ki, bu əməl onun həyat qayəsinin təzahürüdür. Ürəyinə su səpəsi bir xatirə tapmayanda da öz-özünü elədiyi səhvlərin qəhrəmanlıq olduğuna inandırır...
Bəzən adam hiss elədiyini deməyə söz tapmır, sanki təxəyyülündəkiləri sözlərə əmanət etməyə ürəyi gəlmir.
Canavarı xilas edən, qoyunları öldürər. —Victor Hugo
Sayfa 100Kitabı okudu
Qəribəsi odur ki, çox vaxt real hadisələri söyləməkçün söz qarşısında aciz qalıram.
Reklam
Əhlilləşən canavarlar-itlər, zaman keçdikcə, insanın ən sadiq dostuna çevrilmişdi. Azadlığın hüdudsuzluğunu dadan canavarlar isə insanla dostluq edən həmcinslərini xain sayırdı. Ona görə də heç vaxt onların arasında sülh bağlanmırdı, itlər və canavarlar həmişə qarşı cəbhələrdəydilər. Sadəcə, bir fərq vardı; itlər azadlıqlarıyla bərabər güclərinin, təbii bacarıqlarının da bir qismini itirmişdilər. Bəlkə də, onların azad canavarlara məğlub olmalarının sirri bundaydı?!
Sayfa 124Kitabı okudu
Sevinclə kədər həyat naxışının ilmələridi, biri olmasa, o zaman, bu naxıș da tam olmaz sökülüb gedər... Ona görə də, insan gərək sevincdən qanad açıb uçduğu hər an kədərin də onunla birgə pərvazlandığını unutmasın.
İçimdə bir sızıltı baş qaldırırdı. Hiss edirdim ki, bu anı heç vaxt unuda bilməyəcəyəm...
Əgər içinizdəki qorxunu öldürməsəniz, o sizi öldürəcək. —Şeyx Şamil
Dünyada ən ağır yük nə dəmir, nə də qurğuşundu. Ən ağır yük bir insanın ölüsüdü. Bu qədər xatirəni, xəyal və ümidi bir tabuta qoyub aparırıq.
116 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.