Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cəbhədən Cəbhəyə

Həsən Seyidbəyli

Cəbhədən Cəbhəyə Gönderileri

Cəbhədən Cəbhəyə kitaplarını, Cəbhədən Cəbhəyə sözleri ve alıntılarını, Cəbhədən Cəbhəyə yazarlarını, Cəbhədən Cəbhəyə yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Dar dalanlar, bir-birinin böyrünə qısılmış kələ-kötür evlər, həmişə bağlı qapılar... Elə bil bütün bu evlərin, qapıların üstündən iri hərflərlə: "Mənimdir!", "Özümünküdür!", "Heç kəsə dəxli yoxdur!" – sözləri yazılmışdı. Bir-birindən təcrid olunmuş, bir-birindən küsmüş, bir-birinə dal çevirmiş evlər... Nə yaxşının pisdən xəbəri var, nə pisin yaxşıdan."
- Bu dünyanın binası yalanla qoyulub , elə hamı bir-birini aldadır, yalan satır...
Sayfa 177Kitabı okudu
Reklam
Vətənimizə soxulmuş düşmənləri təsəvvürünə gətirdi . Daha demirdi ki, Vətənin içərsində də təhlükləli düşmənlər var....
O , heç vaxt ən ağır dəqiqələrdə belə ucadan danışmazdı. Necə deyərlər, kədərini də , sevinci ni də həmişə içinə salardı.
372 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
"Silahını çıxarmağa macal tapmamış peysərinə nə isə soyuq bir şeyin dirəndiyini hiss edib başını geri döndərdikdə, hər şeydən qabaq tapança lüləsini, sonra isə qırmızıyanaq bir oğlanın qıyılmış gözlərini gördü. Qeyri-ixtiyari əllərini qaldırdı. Onun yanında, əynində çox bahalı xəz palto olan bir qız oturmuşdu. Ən azı əlli beş-altmış yaşı olardı. Bu qız isə onun nəvəsi yerində idi. Ağzının və kirpiklərinin üstündə bir pud boya və tuş olmasına baxmayaraq, ona güclə on yeddi-on səkkiz yaş vermək olardı. O, əsə-əsə ancaq bunu deyə bilirdi: - Ay məmə, ay məmə, ay məmə!"
Cəbhədən Cəbhəyə
Cəbhədən CəbhəyəHəsən Seyidbəyli · Hədəf Nəşriyyatı · 201371 okunma
Vətənə xidmətimizlə fəxr edirik!
"Onlar şəhərin insanlarının keşiyini çəkirlər. Bürkülü gecələrdə də, tufanda da, çovğunda da gəzir, sanki şəhərin sakinlərinə: "sakit yatın"- deyirlər. Səhər isə günəşi salamlayır, şəhər üzərində açılan yeni, gözəl bir səhərin müjdəçisi olurlar... Onların çoxunun hər günü bir qəhrəmanlıq dastanıdır. Bəlkə buna görədə onların bir çoxunun saçları vaxtından çox tez ağarır. Çünki, onlar xarüqələr yaradan, daha işıqlı gələcəyi quran gözəl insanların dincliyinin yorulmaq bilməyən keşikçiləridirlər!"
Sayfa 407 - EpiloqKitabı okudu
Reklam
"Yəni sənin heç bir yüksək idealın, məqsədin yoxdur?! Sən necə insansan?! İnsan dəyanətinin də, insan həyəcanının da hüdudu var!"
Sayfa 370 - Teymur CahangirovKitabı okudu
"Bir məsələdən ki, bir neçə nəfər xəbər tutdu o artıq sirr deyil"
Sayfa 369 - Teymur CahangirovKitabı okudu
Cinayətkar yoldaşını gizlətməyi qəhrəmanlıq bilənlərə...
"...Sən elə bilirsən ki, ağzına su alıb oturmaqla, bu çirkin sirri ürəyində saxlamaqla kişilik edirsən? Yox... bu kişilik deyildir. Bu namərdlikdir. Çünki sən başqalarının evini yıxan, uşaqları ata-anasız qoyan, oğurluq edən, xəbis adamları bizdən gizlədirsən"
Sayfa 369 - Teymur CahangirovKitabı okudu
"Seymur sübut etməyə çalışdı ki, adam yaşadığı, boya-başa çatdığı, yaxud əziz xatirələri ilə bağlı olan yerdən ayrıla bilmir. İnsanların şəxsi həyatına belə kobud surətdə müdaxilə etmək insafsızlıqdır. Amma Ləman öz dediyinin üstündə durub təkid edirdi ki, "heç də vacib deyil ki, adamlar adət etdikləri şeylərə ömürlük bağlansınlar. Məsələn, bir çoxları papirosa, spirtli içkilərə də adət eləyir. Onları bu adətindən ayırmaq çox çətin olur. Bəzən də heç mümkün olmur. Köhnə, sınıq salxaq evlərdə qışı rütubət, yayı toz içində yaşamağın nə xeyri! Təzə evlərə köçənlər bunu yaxşı başa düşürlər"
Sayfa 365 - 23Kitabı okudu
66 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.