Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ölüm Nereden Nasıl Gelirse Gelsin

Che Guevara

Jean Cormier

Che Guevara Gönderileri

Che Guevara kitaplarını, Che Guevara sözleri ve alıntılarını, Che Guevara yazarlarını, Che Guevara yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Ernesto və İlda tez-tez görüşürlər. Bir-birini yaxından öyrənmək üçün istənilən bəhanə yararlıdır. Kitabları mübadilə edirlər, hər ikisi böyük rus yazıçılarına üstünlük verir: Tolstoy, Dostoyevski, Maksim Qorki... Ernesto diqqətlə İldanın verdiyi kitabı - Kropotkinin "İnqilabçının memuarlarını" oxuyur. Onların mübahisələri böyük problemlərin ətrafındadır: "Dünya hara gedir? Bəşəriyyətin qurtuluş yolu nədədir? Kapitalizmin sonu nə vaxt gələcək?" Həmçinin mülkiyyətin və dövlətin mənşəyi, Karl Marksın "Kapital"ı... Ernesto İldaya hələ uşaq ikən əlinə keçən bütün kitabları necə acgözlüklə oxuduğundan danışır."
Qanun Nəşriyyatı - Kapitalizmin sonu nə vaxt gələcək?
Reklam
CHE'nin Qızına Məktubu..
1966-cı ilin 15 fevralında özünün on yaşı bitən gün İldita ilğıma çevrilən atasından məktub alır. Məktub Brazzavildən yola salınıb: "Mən sənə bu gün yazıram, ancaq bu sözlər sənə bir xeyli gec yetişəcək. İlk növbədə istəyirəm ki, səni qətiyyən unutmadığımı biləsən və doğum gününü yaxşı qarşılamağını arzulayıram. Sən artıq böyük qızsan və balaca qızlara yazılan boş-boş söhbətləri və hər cür yalanı söyləmək olmaz. Bilməlisən ki, mən uzaqlardayam və hələ uzun müddət səndən ayrı qalacağam, bizim düşmənlərimizə qarşı mübarizədə gücüm çatan hər şeyi etməyə çalışacağam. Mənim buradakı rolum çox vacib olmaya bilər, ancaq lazımlıdır və inanıram ki, səninlə fəxr etdiyim kimi, sən də atanla fəxr etməyi bacaracaqsan. Unutma ki, bizim qarşımızda çoxlu mübarizə illəri var. Böyüyəndən sonra sən də bu mübarizədə iştirak etməli olacaqsan. Hələlik isə özünü inqilabçı olmağa hazırla. Sənin yaşında bu o deməkdir ki, çoxlu oxumaq lazımdır. Ədalətli işi müdafiə etməyə bacardıqca hazır olmalısan. Sənin yaşında man başqa cür idim - o, cəmiyyətin başqa, insanın insana düşmən olduğu bir dövr idi. Sənə fərqli zamanda yaşamaq xoşbəxtliyi qismət olub va sən bu xoşbəxtliyə layiq olmalısan. Evə gedib başqa uşaqların da özlərini yaxşı apardıqlarını yoxlamağı unutma, onlara yaxşı oxumaqda yardımçı ol. Ananı qucaqla va bir daha görüşəcəyimiz vaxta qədər bəs edəcək böyük öpüşümü qəbul et. Sənin atan."
Qanun Nəşriyyatı
"Fidel Kremllə münasibətləri prioritetli və həyati vacib hesab edə bilər və ümumiyyətlə, SSRİ-nin müdafiəsi altında qalmaq elə də pis deyil, ancaq heç vaxt ikili oyun oynamağı bacarmayan, necə deyərlər, siyasi dildə danışmaqdan uzaq olan Çe kompromisin hər hansı formasından imtina edir. Onun üçün marksizm təmizlikdir, şəffaf təmizlikdir və vicdanlı şəffaflıqdır. Onun aləmində, Şərqdəki Böyük qardaşla münasibətlərdə həddən çox dumanlı cəhətlər var və bu onlara büsbütün etimad göstərməkdə maneədir."
Sayfa 422 - Qanun Nəşriyyatı - Fidel Castro
Jean Paul Sartre ve CHE Guevara
"Kuba inqilabının təmizliyinin cəlb etdiyi Simona de Bovuar və Jan - Pol Sartr həmin narahat mart ayında Havanaya gəlirlər. Çe ilə söhbət zamanı Sartr deyir: - Parisdə bir çox kubalıdan soruşdum və anlamıram ki, niyə onlar mənə Kubada sosializm qurmağın real olub-olmadığına aydın cavab verməkdən imtina etdilər. Niyə onların cavab verə bilmədiyini indi anlayıram. Çünki bu inqilabın orijinallığı nələrdənsə məhrum olanlara köməyə gəlmək və bu vaxt etdiklərini müvafiq ideologiyanın köməyi ilə müəyyənləşdirməyə can atmamaqdan ibarətdir."
Qanun Nəşriyyatı
"Qələm və dəftərlərinizi yaddan çıxarmayın - Çe hər dəfə onlara təkrarlayır. - Onlar da pistolet qədər əhəmiyyətlidir."
Qanun Nəşriyyatı
Reklam
"Çe Albertoya cavab məktubu yazır: "Mial, səni həyat yoldaşınla birlikdə özümün yeni Vətə nimə dəvət etmədim, çünki Fidellə bərabər Venesuelaya gəlmə yi düşünürdüm. Ancaq işlərim mənə mane oldu. Düşündüm ki, bir qədər sonra gələrəm, ancaq xəstəlik məni yataqda uzan mağa məcbur edir. Bir ay sonra yola düşəcəyimə ümidliyəm. Mən daima sizin barənizdə fikirləşirəm və ümid edirəm ki, siz mənimlə mate, bir neçə piroq va ağacın kölgəsini bölüşmək üçün on gün ayırarsız. Sənin türkəçarəçi sağlamlığını davam gətirə biləcək qədər bərk - bərk bağrıma basıram ! "Venesuela planını reallaşdırmağa onun vaxtı çatma yacaq: sağlamlığı bərpa olunan kimi Fidel ona vəzifə etibar edəcək və Çe bütün enerjisi ilə yeni fəaliyyətə başlayacaq. O ki qaldı Fidelə, o, aprel ayında Birləşmiş Ştatlara yollanır. Həm də həvəssiz. "Bizim dövrümüzün qorxulu problemi ondadır ki, dünya xalqları acından öldürən kapitalizmlə iqtisadi problemləri həll edən, ancaq azadlığı məhdudlaşdıran sosializm arasında seçim etməlidir, – o yazacaq. - Kapitalizm insanı qurban verir, kommunist dövləti isə özünün azadlığın totalitar konsepsiyası ilə insan haqlarını qurban verir. Ona görə də biz onların hər ikisi ilə razılaşmırıq. Bizim inqilabımız - tamamilə müstəqil Kuba İnqilabıdır."
Qanun Nəşriyyatı
315 öğeden 191 ile 200 arasındakiler gösteriliyor.