Bəhman Qüdsinin "Siz bu kitabdan dahi olaraq çıxacaqsınız" kitabı uzun illər ərzində elmin pedaqoji fəaliyyəti zamanı qazandığı dünya görüşünün təzahürüdür.
O, kitabın "Kreativlik" adlı başlığında yaradıcılığı fərdi keyfiyyət kimi görür. Müşahidəçiliyi, dinləyiciliyi onun keyfiyyətlərindən sayır.
Kitabın "Liderlik" adlı ikinci başlığında B.Qüdsi "Liderlik nədir?" sualına cavab axtarır. O deyir ki, "liderlik insanlara təsir edə bilmə sənətidir". Liderlik üçün riyazi düşüncə, riyazi mühakimə aparmaq bacarığı son dərəcə vacibdir.
Kitabın "Pedaqoji" adlı üçüncü başlığında B.Qüdsi deyir ki, "Təhsil bəlli ünsürlərdən ibarət, bütünlüyü olanb kompozisiyadır". O, insanları iki qismə ayırır: ya öyrədən, ya da öyrənən.
"Gənclik" adlı dördüncü və sonuncu bölmədə isə B.Qüdsi yeni insan, yeni tələbə, yeni şagird modeli axtarır. O, düşünən, mühakimə edən, ağıl qədər təcrübəyə, təcrübə qədər ağıla, ikisi qədər də ilhama, vicdana inanan, güvənən gənclik axtarışındadır.