Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dinlə Məni

Məsudə Cabbar

Dinlə Məni Sözleri ve Alıntıları

Dinlə Məni sözleri ve alıntılarını, Dinlə Məni kitap alıntılarını, Dinlə Məni en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəzən olur, insan yanında hansısa yalana birlikdə inanacağı kimisə arzulayır.
Sayfa 92 - Bakı–2018Kitabı okudu
İnsan hər zaman ölümün yad adamlar üçün var olduğunu düşünür, nədənsə.. Nə özünə yaraşdırır, nə sevdiklərinə..
Reklam
Boş yerə deməyiblər ki, ən son ağladığın yerə bir də heç vaxt qayıtma, yixuda belə olsa..))
Sayfa 112Kitabı okudu
..bir şey satın aldığımız zaman, qarşılığında verdiyimiz şey pul deyil.., vaxtımızdır..O pulu qazanmaq üçün xərclədiyimiz vaxtımız..
Xatirələrin ən gözəl yanı onlara istədiyiniz zaman qayıda bilməyinizdir.Amma bəzi xatirələr var ki, onlara hər baxdığım zaman bir az daha dəyişdiyini görürsən.. Bilmirəm, bəlkə də, dəyişən bizik.. Əgər xatirələr dəyişibsə, onlardan əvvəl sən dəyişmisən deməkdir.
Sayfa 110Kitabı okudu
İki insnaın birlikdə olmasına mane olan bu dünyadan daha böyük hansı pisliyi gözləmək olardı?
Sayfa 193Kitabı okudu
Reklam
Qəlbim içəridə bir yerdə parçalanır , bəlkə makiyajım da axıb..amma gülümsəməm hələ də yerindədir..
"Həyatı boş yerə keçirmək,azadlığını itirmək qorxunc şeydir.."
Varlı insanların rahat yaşamasının, kasıbların əziyyətindən bu qədər asılı olmasına nifrət etdim..
İnsana, qadağan olunmuş şeyləri düşündürmək gecənin lənəti idi deyəsən..
Reklam
İnsanları bir şeydən uzaq tuta bilməyin ən asan yolu həmin şeyin kirli olduğuna inandırmaqdır.
Sayfa 229Kitabı okudu
Bundan əlavə kitablar, sizə heç vaxt yaşamadığınız bir hadisə ilə üz-üzə gələndə nə etməli olduğunuzu da öyrədirdi..
Dünya üzərində sizin üçün həqiqətən sevinən neçə insan var..Heç düşünmüsünüz mü?Sizin xoşbəxtliyinizi arzulayan..Kədərinizə sizdən çox can yandıran.. Heç düşünmüsünüz mü neçə nəfərdən ibarət olduğunuzu? İkisiniz mi, üçsünüz mü? Yoxsa böyük bir “1”-dən ibarətsiniz..?
Bəzi anlar olur ki, kədər keçdiyin yolların üzərində sayısız tələlər qurur. Və sən çox gözəl bilirsən ki, o tələlərə bircə dəfə aldansan, yəni çətin vəziyyətə düşən zaman bircə dəfə ağlasan bunun sonunu gətirə bilməyəcəksən..Çünki kədər bəzən xoşbəxtlikdən çox daha güclü ola bilir.. İnamsızlıq sığdırır içinə, xəstəlik sığdırır, təklik, yuxusuzluq, məğlubiyyət sığdırır..
Maraqlıdır,köməyə bu qədər möhtac olan biri ilə köməyə heç ehtiyacı olmayan iki insanı bir-birinə nə qədər uyğundur ? Bəlkə də ilk baxışdan rəsm çox gözəl görünə bilər amma insanın özünü başqa birindən asılı hala salması məncə çox acınacaqllı vəziyyət idi.
236 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.