Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Dinlə Məni

Məsudə Cabbar

Dinlə Məni Gönderileri

Dinlə Məni kitaplarını, Dinlə Məni sözleri ve alıntılarını, Dinlə Məni yazarlarını, Dinlə Məni yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
250 syf.
·
Puan vermedi
·
5 günde okudu
Məsudə Cabbar
Məsudə Cabbar
'ın oxuduğum ikinci əsəri idi.Ümumiyyətlə yazıçının qələmini bəyənirəm.Niyəsə onun kitabları mənə "reallıq çərçivəsində xəyal qurdurur" deyə bilərəm.Yəni həyatı tam olaraq "toz pembe" təsvir etmir.Amma eyni zamanda ümidsizlik də yaratmır.Sanki "xəyal qur,ümid etməkdən heç vaxt imtina etmə.Amma həqiqətləri də
Dinlə Məni
Dinlə MəniMəsudə Cabbar · 2016154 okunma
"Ve unutma ki,daima iyi şeyler düşünmeli bir mahpusun karısı"-Nazım Hikmet
Sayfa 259Kitabı okudu
Reklam
İtirmək qorxusu insanı nələrə vadar etmir ki? Qorxu.. maraqlı hissdir.. Bilmirəm, bu hissin başlanğıcı tam olaraq hansı nöqtədir.. Yəqin ki, hər insan bu nöqtəni həyatının fərqli zamanında, fərqli saatında və fərqli yaşında tapır.. Amma məncə, insanın qorxu ilə ilk tanışlığı, gizlədəcək hansısa günahı olduğu zaman başlayır.. Hansı ki, o günah ömrünün sonuna qədər içində gizli qalır.. Bunu nə ən yaxın dostun nə də ailəndən biri bilir.. Ancaq gecə başını yastığa qoyduğun zaman çıxır ortaya və səbə baxıb gülümsəyir...Hiss etdiyin kədər və ya utanc hissi heç vaxt az da olsa azalmır...
Sayfa 243Kitabı okudu
Nə də olsa həyatımızın bir çox hissəsini özümüzü aldadaraq ya da zorla nəyəsə inandıraraq keçiririk.Başqa cürə necə qatlanmaq olar ki,bu həyata?
Sayfa 219Kitabı okudu
Bəzən bilməmək çox daha yaxşıdır...
Sayfa 218Kitabı okudu
Heç bir yetişkin insan bir uşağın hiss etdiyi duyğuların dərinliyini onun qədər dada bilməz...Xoşbəxtlik bir kənara qalsın..Mən ağrını,kədəri və hirsi nəzərdə tuturam...
Sayfa 218Kitabı okudu
Reklam
İllər ötdükcə hekayələri unutduğumuzu zənn etdik.Amma əslində unutduğumuz şey həqiqətlər idi...İnandığımız şeylərin yerini isə bu gün yalanlar alır.
Sayfa 218Kitabı okudu
Bəzən həqiqətlər o qədər tez-tez təkrarlanar ki,zamanla onları hekayəyə çevirərik.Artıq növbəti dəfə bu həqiqəti eşitdiyimiz zaman təəccüblənməz hətta əvvəlki qədər kədərlənmərik də.
Sayfa 217Kitabı okudu
İnsanlar bütün həyatları boyu zənginlik və ya güc arxasınca qaçırdı. Heç vaxt, heç vaxt heçnədən razı deyildilər... Kasıb olan bir gün varlanmağın xəyalını qururdu, bir milyonu olan insan da on milyonun xəyalını.Varlı insanlar da heç vaxt tam olaraq xoşbəxt görünmürdü. İnsan zehni hər zaman ona kədər verən şeyləri biran əvvəl basdırmağa, zövq aldığı şeyləri isə qalıcı olması ümidilə daha çox fikirləşməyə can atır. Bu səbəblə də biz hər zaman doyumsuz və nadinc hiss edirik. Bir ağrı hiss edəndə var gücümüzlə çalışırıq ki, onu unutduran yeni bir şey tapaq. Xoşbəxt olduğumuz zaman isə həmişə narahatıq ki, xoşbəxt anlarımız hər an bitə bilər.. Tək lazım olan şey isə odur ki, ağrını ağrı kimi, nəşəni də nəşə kimi qəbul edək. Olduqları kimi.. Çünki onlardan daha çoxunu gözləmək bizə ağrıdan başqa heçnə vermirdi.. Amma təəssüf ki, elm, beyini idarə etmək, fikirləri istiqamətləndirməklə bağlı sayısız metod kəşf etmişkən, hələ də bizi narahat edən xatirələri bir dəfəlik necə silə biləcəyimizi tapa bilməyib..
Sayfa 211Kitabı okudu
Yaradılış icazə verir,mədəniyyət qadağan edir...
Sayfa 197Kitabı okudu
Reklam
Amma bəzi qorxular var ki,onların varlığı da hiss etdirdiyi kədər qədər gerçəkdir...Məsələn,dünya üzərində insanı "itirmə qorxusu" qədər sarsan ikinci bir güc yoxdur.Xüsusilə də,bu qorxun gerçəkləşəndə...
Sayfa 191Kitabı okudu
İnsanları bir şeydən uzaq tuta bilmənin ən asan yolu həmin şeyin kirli olduğuna inandırmaqdır.
Sayfa 188Kitabı okudu
Bəzi anlar olur ki, kədər, keçdiyin yolların üzərində sayısız tələlər qurur. Və sən çox gözəl bilirsən ki, o tələlərə bircə dəfə aldansan, yəni çətin vəziyyətə düşən zaman bircə dəfə ağlasan bunun sonunu gətirə bilməyəcəksən...Çünki kədər bəzən xoşbəxtlikdən çox daha güclü ola bilir...İnamsızlıq sığdırır içinə,xəstəlik sığdırır,ölüm sığdırır,təklik,yuxusuzluq,məğlubiyyət sığdırır...
Sayfa 179Kitabı okudu
Gözlərim kitab rəfimə sataşdı.. İndi o kitabların içində nə həngamələr qopurdu kim bilir.. On ikinci səhifələrin birində bir qadın çantasını qoluna vurub çıxırdı evdən.. İyirminci şəhifələrin birində bir uşaq qulaqlarını tutub ağlayırdı, evdəki qışqırıqları eşitməməkçün.. Qırxıncı səhifələrin birində masa arxasında yığışıb yemək yeyən xoşbəxt bir ailənin gülüş səsləri yayılırdı ətrafa.. Altmışıncı səhifələrin birində iki sevgili sevişirdi.. Hər sonuncu səhifədə isə.. Tolstoyun da dediyi kimi : Bütün xoşbəxtlər bir-birinə bənzəyirdi, bədbəxtlər isə hərəsi özünəməxsus olurdu..
Sayfa 168Kitabı okudu
İşin ən iyrənc tərəfi də bu olurdu hər zaman ! Ayrı vaxt istədiyin zaman ən mənasız mesajı belə göndərə bildiyin adama vaxt gəlirdi bir kəlimə yazmağa bəhanə axtarırdın!
Sayfa 165Kitabı okudu
242 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.