Siz polis nişanını, hakimiyyəti və qanun keşiyini insan qanı tökməyə milçək öldürmək kimi baxan rəhmsiz bir adama etibar eləyib, əlinə güllə ilə dolu tapança vermisiniz! İndi də bəziləriniz yenə bu quduz iti azadlığa buraxmağa hazırsınız ki, o hər yerə ölüm toxumu əkib, günahsız, köməksiz adamların canını alsın, vəhşiliklər törətsin.