Ради Матери

İlqar Kamil

Puan

8.710 üzerinden
27 kişi
İlqar Kamil: "Anam üçün"
10/10
·196 syf.··
Beğendi
·
2023 18. kitabı
·
7 günde okudu
·
Okunma: 17 Temmuz 2023 00:00
Kitabı oxumayın ki... Söhbət edin onunla, həmdəminiz olsun. Ağlayın, gülün, üzülün, sevinin onunla. Çünki müəllifim insan psixologiyasının ən dərin qatlarına enib orada təhlillər aparmaq, obrazlarla yaşamaq, onları oxucuya sevdirmək işinə çox gözəl bələddir. Hər başlıqda xüsusi bir sevgi qatıb hekayəsinə yazıçım. Məsələn, yol haqqında elə cümlələr istifadə edib ki, insan getdiyi, yaşadığı həyat yoluna çətin, enişli-yoxuşlu olsa da, aşiq olur. Hələ sərbəst vəzndə yazdığı şeirlərini demirəmm. Əriyib gedir insan oxuduqca. Bir insan susaraq ancaq belə möhtəşəm, təkrarsız sevə bilər bir insanı. Bu sevgini müəllifin sevimli Binyamin obrazında duyub hiss edə bilirsən. İlahi eşq - hər kəsə nəsib olmur, əzizim. Bu həyatı layiqli yaşamaq lazımdır, elə ki, yaşadığın hər günə dəysin, getdiyin yol mənalı, faydalı yol olsun. Binyamin də özünə verdiyi sözə, prinsipə sadiq qalaraq bu yola çıxıb. Şirindil - o qədər çox xüsusiyyət cəmləşib ki bu obrazda. Çox sevəcəksiniz Şirindili. Dilinin şirinliyi, etdiyi yerli zarafatları, Binyamini qısqanması, onun yolunu gözləməsi ilə oxucunun önünə əsl dostluq nümunəsi sərgiləyir Şirindil.)) Müəllim obrazı isə mayak rolunu oynayır bu hekayədə. "Qara günün dostu" adlanan bu rəssam, qaranlıq günlərdə işıq saçır obrazların həyatına. Bəzən heç nə demir, susur, sadəcə göstərir, sən də baxıb-baxıb beləcə dərs alırsan müəllimdən. Müəllifim deyir: "Bir gün sevinə-sevinə allı-güllü ətəyində bir xeyli yeni dərd gətirdi bizə anam. Dedi ki, qorxmayın, dərdlər bizi Allaha çağıran azan səsidir. Bizsə, ahını, ağusunu, giley-güzəranını da sevdik anamızın, dedik ki, gileylər anaların təranəsidir..." #oxumadanölməyin 🩵
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202347 okunma
Bu yolda övliyalar yürümüş olsun..
10/10
·196 syf.··
2024 36. kitabı
·
3 günde okudu
·
Okunma: 26 Temmuz 2024 06:59
Bir kitabı bağrınıza basıb, düşüncə və duyğularınızın “ürək döyüntüsü”nü hissetdiyiniz olubmu? Biz səhifələrdən ayrıldıq sadecə, amma ruhumuz yenə bir-birinə sarılıdır. Və belə də qalacaq. 🪽 Bəzi kitabları mütaliə etmək ehtiyac deyil, onunla həmdəm olmaq, dostlaşmaq, ağlamaq, yeri gələndə də təbəssümlərlə xoşbəxt hiss etməliyik. Bəzi kitabları səhifələri qədər bağrımıza basmaq lazımdır.. Anam Üçün kimi.. 🪽 Kitab, çox yorğun bir ‘ömür yolçusu - Binyaminin, batini huzura, doğru yol - Özünə çıxan ruh səyahətindən bəhs edir. Bundan əlavə; dostluq, anaya məhəbbət və verilən sözlərə sadiqlik kimi məsələlərə də toxunub ustad. O qədər özəl kitabdır ki, insan haqqındakı rəyləri artırdıqca, sanki özəlliyi və gözəlliyini itirmiş olur.. 🪽 “ Bir yol təsəvvür edin, elə bir yol ki, o yolda sizdən qabaq və sizinlə bərabər övliyalar, övsiyalar, Allah dostları da yürümüş olsunlar.” deyir ustadım. “Ustadım” mən indi anlayıram ki, bu söz ona aid olmalı imiş.. Ruhunuz var olsun, ustadım İlqar Kamil
Edebiyat
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202347 okunma
Reklam
"Anam üçün " kitabı haqda fikirlərim
Puan vermedi·196 syf.··
2026 6. kitabı
Bu kitabı yeni bitirdim və hələ də təsirindəyəm. İnsan verdiyi sözü poza bilərmi, hələ ki o sözü çox sevdiyi ölü olan anasına , inandığı Allaha veribsə? Binyamində pozmadı . Ancaq o ,verdiyi sözü yerinə yetirmək uğruna qəlbindəki hisslərdən,sevdiyindən vaz keçdi. Qəlbindəki sevgiylə yaşayıb ,gündən günə özünə zülm edəcək. Həm də Binyamini sevən qız da yenicə həyata tutunmağa başlamış yenə xəyalları alt-üst olacaq. Mən düşünürəm ki, Binyamin bu verdiyi sözdən geri dönüb yeni bir başlanğıc ata bilərdi. Bilirəm ki ,qəlblərdəkini bilən Allah bəndəsinin özünə zülm etməsini istəməz. Mərhəmətli və Bağışlayan Allahın bunu da bağışlayacağına əminəm. Binyamin sözünü tutmamamağın kişi olmaması ilə əsaslandırır. Məncə kişilik birinin sözünün üstündə durub durmamağı ilə deyil, davranışı,hərəkəti ilə ölçülür.
Duygu ve Düşünce
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202347 okunma
10/10
·196 syf.··
Beğendi
·
2026 4. kitabı
Öpəsən bu kitabı, basasan bağrına... Tez alışdığım bu dünyadan(kitabı nəzərdə tuturam) ayrılmaq çətin gəldi. Sanki Binyaminin yanında idim. Onunla güldüm, ağladım, əsəbləşdim, düşündüm. Hələ məsləhət də verdim)) Hər hekayənin sonu xoşbəxt bitəcək deyə bir şey yoxdur. Ancaq xoşbəxt sonluqlu hekayələr insana gözəl hiss verməz. Bəzən də bu cür ayrılıqlar insana ləzzət edir. İnsan özünü insan kimi hiss edir. Necə ki, Binyamin də Nəstərənin hicranını vüsalından çox sevirdi. Binyaminə çox böyük hörmətim yarandı oxu müddətində. Nə yaxşı ki, o bunu qoruya bildi. Nəfsinin istəyinə yenilib, verdiyi sözdən geri çəkilmədi. İnsanı insan kimi formalaşdıran da elə budur- prinsipləri. Hərçənd mənim beynimdə bir sual yarandı- görəsən o verdiyi sözü Allah rizası üçün versəydi, yenə mi eyni qərarı verəcəkdi? Allah bizim Allahdı də, ona qarşı sözümüzü pozsaq tez əfv edir bizi)) Mən əminəm ki, Binyaminin sözünün üstə durması üçün göstərdiyi bu fədakarlığı Allah qəbul etdi. Və əminəm ki, Allah bu borcun altında qalmaz, bir gün ən gözəl şəkildə ödəyəcək... Salamat qalın, mənim qısa müddətlik yol yoldaşlarım... Sizdən ötrü darıxacam... •İlqar müəllim, bir insanın dili necə bu qədər şirin, cana yatan, qəlbə toxunan ola bilər? Cümlələr elə zərifliklə, diqqətlə seçilib ki, ürəyinin simlərinə toxunur. Sanki danışmır, sözləri ilə səni oxşayır, sığal çəkir. Hələ xüsusi şeirləri demirəm...Balll O qədər gözəl hislər bəxş edir ki, bir cümləni dəfələrlə oxuyub və heç azalmayan ləzzəti yenidən almaq olur. Var olun, İlqar müəllim ♡ Qələminiz həmişə belə qüvvətli olsun.
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202347 okunma
10/10
·196 syf.··
Beğendi
·
2026 22. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Haziran 2026 21:55
Sonlara doğru ürək döyüntüsü ilə oxuduğum əsərlərdən oldu. Əlimdə olsa, bütün kitabdan qeydlər yazardım. Binyaminin sevgisi, Allahı axtarışı o qədər gözəl idi ki. Sonluq isə bir başqa iz qoydu mənim daxili dünyamda. Mənə rüxsət verilsə hətmən bu kitabı hər kəsə oxudardım.
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202347 okunma