Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim...

Manaf Süleymanov

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim... Sözleri ve Alıntıları

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim... sözleri ve alıntılarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim... kitap alıntılarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim... en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
...Bakı təzadlar şəhəri idi,bir yandan qızıl sel kimi axıb varlı adamların seyflərinə,sandıqlarına,banklara dolur,xaricə göndərilir,digər tərəfdən də loğma çörək üçün özünü oda-közə atan adamlar gündə on-on dörd saat işləyirdilər.
Sayfa 20 - Qanun nəşiriyyatKitabı okuyor
Mən gedərsəm, məramım yenə dünyada durar.
Sayfa 277 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Qazıyev bir az yuxarıda, Çəmbərəkəndindəki qayalıqda, gəmiyə oxşayan üçmərtəbəli imarət tikdirdi. Binaya köçən günün sabahı, nökər xəbər verir ki, gecə darvazanı açıb, faytonun təkərlərini çıxarıb aparıblar. Qazıyev bunu eşidən kimi birbaş birjaya yollanır, dəllal tapıb mülkü satdırır. Külfətini elə o günü başqa mülkə köçürtdürür... Soruşurlar ki, o həvəslə imarəti tikdirdin, bəs niyə satdın. Cavab verir ki, fikirləşdim ki, o tərəfləri abadlaşdırarıq, pəyələrin, tövlələrin yerində əməlli-başlı bazar-dükan düzəldərik. Qonum-qonşuya əl tutaram, əlləri işə-gücə çatar. Elə bir dəyəri olmayan fayton təkərini oğurlayan məhəllədə yaşamaq düzgün deyil.
"Xəyal içində bəşər daima səadət arar, Həqiqətin üzü lakin gülümsəməz, ağlar".
Sayfa 130 - Qanun NəşriyyatıKitabı okudu
"İçərişəhərdə başqa bir əyləncə evi də vardı - «Pilləkanlı meyxana» deyərdilər. Girəcəyin üstündə hüsnxətlə iri ərəb hərflərilə: «Yüknən girən taynan çıxar, taynan girən haynan çıxar» yazmışdılar."
Ey vətən, ey beşik həyatım üçün, Yenə sən aç qucaq məmatım üçün. Mədfənim səndə, məqbərim səndə, Ölməyim səndə, son yerim səndə.
Sayfa 257 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
42 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.