Evtanaziya

Urieller
6/10
1 Kişi
4
Okunma
Beğeni
194
Görüntülenme
Payız səhəri idi. Bakı bulvarı sakitlik, səssizliyə bürünmüşdü. Çox vaxt iynə atsan yerə düşməyəcək sıxlıqda olan bulvarda bu dəfə 5–10 adam oyan-buyana gəzirdi. Bəlkə də axşama adam çoxalacaqdı… Evtanaziyadan bir neçə gün keçmişdi. Adi bir gənc: həyatda saysız-hesabsız uğur qazanmaq istəyən, amma heç birini edə bilməyən… Əlbət, Bakı bulvarı, Qız Qalası, İçəri Şəhər bunu bilmirdi. Bəlkə də bütün Bakının xəbəri yox idi. Sadəcə, Fərhadın yaxınları və doğmaları bilirdi… Uzaqdan bir qız bulvarda addımlayırdı. Əlində bir kitab vardı. Orta boylu, düz qamətli. Skamyaya doğru gələn qız, təxminən 16–17 yaşlarında idi. Əynində, çox da qalın olmayan bir gödəkcə və cins şalvar var idi. Skamyaya əyləşib diqqətlə əlindəki kitaba baxırdı. Təxminən 150–200 səhifəlik kitabı oxumaq o qədər də çətin deyildi, təbii ki. Amma qız kitabı nədənsə açmaqdan qorxurdu. Kitabın müəllifi Fərhad, adı isə “Ölümlə üz-üzə”(Bundan sora: hissə başlıqlarında veriləcək) idi. Kitabın arxasında: “Mənim 17 yaşım var, adım Fərhaddır. Həqiqəti 2 il öncə öyrəndim… Sayca 3-cü kitabımdır. Mən başqalarından fərqli olaraq, bu kitabımın öləndən sonra çıxmasını vəsiyyət etmişdim. İndi sən bu kitabı əlində tutursansa, deməli, mən ölmüşəm. Əmin ol ki, torpaqdayam. Nəfəsim gəlmir. Mən evtanaziya ilə öldüm. Bunu mənə, zibilə qalmış xəstəlik vadar etdi. Mən, valideynlərimə yük olmamaq üçün, özümü alçaltmamaq üçün. Hələ yaddaşım və beynim çürüməmiş, “Evtanaziya”ya üz tutdum. Halbuki mənim ən böyük arzum Dahi olmaq idi! Yaşamaq istəyirdim, başa düşürsən? Sənin kimi, yaşamaq! Və mənim üçün də həyat siz yaşadığınız kimi asan görünürdü… Çox asan… Bu sözləri oxumaq gənc qızı qorxudurdu… Çox qoxdu bu sözlərdən. Ancaq son dəfə dərindən nəfəs alaraq kitabı oxumağa davam etdi… Bəs 2 il öncə nə baş vermişdi? O həqiqət nə idi???
Yazar:
Urieller
Urieller
Tahmini Okuma Süresi: 4 sa. 5 dk.Sayfa Sayısı: 144Yayınevi: Qanun Nəşriyyat
ISBN: 9789952362244Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.