Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fironun Dəftəri

Kənan Hacı

Fironun Dəftəri Sözleri ve Alıntıları

Fironun Dəftəri sözleri ve alıntılarını, Fironun Dəftəri kitap alıntılarını, Fironun Dəftəri en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Mən düşünürdüm; ölüm var ikən, ölümün maddiləşmiş nişanəsi olan bu saysız-hesabsız başdaşları var ikən qəbristanlığı dövrələmiş hasardan o yanda insanlar elə yaşayırlar ki, sanki dünyada heç ölüm yoxdur. Ölüm insana bu qədər yaxın ikən insan ölümü necə unudur? Bu müşkül suallara cavab tapmağa ağlımın gücü çatmırdı.
Sayfa 12 - PdfKitabı okudu
Çevrilib pəncərəyə baxanda heyrətdən gözüm böyüdü; Yekə bir ilan Fironun boynuna sarılıb onu boğurdu, o, gözləri hədəqəsindən çıxmış halda əlləriylə bu “yoğun kəndirdən” yapışıb boğazını xilas etməyə çalışırdı. İlanın yaşıla çalan gözləri qəzəbindən işıldayırdı, haça dilini çıxarıb öz qurbanının günahlarını sadaladıqca Firon aman diləyirdi. İlan “niyə atanın halal zəhmətlə tikdiyi evi satıb pulunu fahişələrə xərclədin?” deyirdi, “niyə ananı aparıb qocalar evinə atdın?” deyirdi, “niyə Allahdan üz döndərib kafir əməllərə qurşandın?” deyirdi. Firon özünə haqq qazandırmağa çalışır, ilana yalvarıb dil tökürdü.
Sayfa 74 - PdfKitabı okudu
Reklam
Bir də ki, Firon Allah tərəfindən cəzalandırılıb. İncildə yazılıb ki, Firon Musa peyğəmbəri təqib edərkən dənizdə boğulub. Quranda isə yazılıb ki, Firon boğulan anda iman gətirib və deyib: “Mən tək olan Allaha təslim olanlardanam.” Allah buyurub ki, “bu anında iman gətirirsən? Bir vaxtlar mənə qarşı çıxıb fitnə-fəsadlar törədirdin...” Allah Fironun son anda iman gətirməsini qəbul etmədi, onun cansız bədəni sahilə atıldı. İndi deyilənə görə, həmin cəsəd Qahirədə muzeydə qorunur. Belə də deyirlər ki, Musa peyğəmbər hər gün firon Exnatuna bir məktub göndərirmiş. Özünü yer üzünün Allahı və Allahın qardaşı hesab edən firon isə onları əsla oxumur, açmadan cırıb atırdı. Peyğəmbər isə ona hər gün eyni sözləri yazırdı: "Sən Allah deyilsən, günü sabah hər hansı bir adam kimi ölə və ya öldürülə bilərsən."
Sayfa 3 - PdfKitabı okudu
Gün gəlir, xəyalların istifadə müddəti bitir və sən bütün ağırlığınla yerə çırpılırsan.
Sayfa 69 - PdfKitabı okudu
Mən anamı hələ sağlığında itirmişdim.
Sayfa 73 - PdfKitabı okudu