Tahmini Okuma Süresi:
6 sa. 34 dk.
Sayfa Sayısı:
232
Basım Tarihi:
Şubat 2024
Yayınevi:
Qanun Nəşriyyat
ISBN:
9789952389067
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Puan vermedi·232 syf.··
2026 14. kitabı
Şəfa Abdulla - “Firuzə” Çox böyük maraqla siyahıma əlavə etdiyim və dostum Turalın hədiyyə etdiyi bir kitab haqqında danışacam. Dediyim kimi, kitaba böyük həvəslə başlamışdım. Çünki mənim nə qədər gənc və yerli yazar oxuduğumu, onlara dəstək olduğumu bilməyən demək olar ki, yoxdur. Və yenə də dəstək olmaq istəyirdim, lakin… Əslində kitabı yarıda saxlamağı sevmirəm. Lakin bəzən elə bir həddə çatırsan ki, məcbur qalırsan. Çox böyük maraqla başladığım bu kitabı 120-ci səhifədə “məndən bu qədər, yoxam artıq” deyərək yarımçıq qoydum. Bu da mütaliə etdiyim gündən bəri yarımçıq saxladığım ikinci kitab oldu. Səbəb? Mənə görə bu kitabı anlamaq üçün yazıçı ilə yan-yana oturmalısan. Oxuduqca hər səhnədə sual vermək istəyirsən: “Burada nə oldu?”, “Bu obraz kim idi?”, “Bu adam niyə belə edir?”, “Bu səhnə ümumiyyətlə niyə var?” və s. Bir sözlə, kitab nə danışır – açığı anlamadım. Elə buna görə də yarıda saxladıqdan sonra kitabı bitirən bir oxucudan soruşdum. Sağ olsun, mənə hekayəni danışdı. Bəlkə də hekayə maraqlı idi, amma yazılma tərzi mənə aydın olmadı. Düzü, hekayənin özü də məndə “vau” dedizdirmədi. Amma bu artıq zövq məsələsidir, bəlkə də başqaları bəyənər.. Buna səbəb olan əsas məqamlardan biri də bildiyimə görə kitabın redaktə olunmadan çapa verilməsidir. Düzəlişlər edilməyib, sanki ilk yazıldığı kimi qalıb. Səhnələr elə bil ilk dəfə necə təsəvvür olunubsa, o formada yazılıb və bu da məndə çoxlu qırılmalar - anlaşılmazlıqlar yaratdı. Yenə də oxumaq istəyən oxuya bilər. Bu qədər...
1000Kitap
FiruzəŞəfa Abdulla · Qanun Nəşriyyat · 20247 okunma