Bu kitab müəllifin müxtəlif universitetlərdə oxuduğu mühazirələr əsasında yazılmışdır. Kitabın əsas hissəsi daha çox akademik xarakter daşıdığı üçün o dərslik kimi deyil, mühazirə kursu şəklində oxuculara təqdim edilir. Əsər struktur nöqteyi-nəzərindən son illərdə ölkədə çap olunan dərsliklərdən əhəmiyyətli dərəcədə fərqlənir. Müəllif, kitabın həcmini nəzərə alaraq, mövzuların təhlilini daha qısa şəkildə verməyə çalışmışdır. Kitab mühazirə kursu kimi təqdim edilsə də tələbələr, aspirantlar, müəllimlər, fəlsəfə ilə maraqlanan elmi işçilər üçün faydalı ola bilər