Füzuli öyrədir

Ayaz Vəfalı
Tahmini Okuma Süresi:
4 sa. 15 dk.
Sayfa Sayısı:
150
Basım Tarihi:
1977
Yayınevi:
Bakı "Gənclik"
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Türler:

Yorumlar ve İncelemeler

9/10
·150 syf.··
Beğendi
·
2023 52. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Nisan 2023 18:19
Filologiya Elmləri Namizədi Ayaz Vəfalının "Füzuli öyrədir" əsəri dahi şairimizin zəngin poeziya xəzinəsi ilə şifahi xalq ədəbiyyatının, folklorun əlaqəsi kimi mühüm bir məsələyə həsr olunmuşdur. Müəllif burada Füzuli poeziyası ilə xalq yaradıcılığının qarşılıqlı təsirini araşdırmış və biz oxuculara təqdim etmişdir. Kitab "Xalq poeziyası, xalq hikməti", "Əfsanə ilə deyilən həqiqət" və "Füzuli öyrədir" başlıqları altında üç fəsilə bölünür. Birinci fəsildə ("Xalq poeziyası, xalq hikməti") müəllif xalq poeziyası olan bayatılarla Füzuli qəzəllərini müqayisə edir, bu bayatıların şairin yaradıcılığına olan təsirini göstərir. İkinci fəsildə ("Əfsanə ilə deyilən həqiqət") ərəb əfsanəsi olan "Leyli və Məcnun"la Füzuli "Leyli və Məcun"u qarşılaşdırılır. Nəhayət, üçüncü fəsildə ("Füzuli öyrədir") Füzulinin özündən sonrakı şairlərə olan təsirindən söz açılır, Molla Pənah Vaqif, Qasım bəy Zakir və s. şairlərin yaradıcılığındakı Füzuli izləri ortaya qoyulur. Zövq alaraq oxuduğum və yeni bilgilər topladığım bir kitab oldu. Xoş mütaliələr... "Füzuli bu gün də öyrədir... Böyük, zəngin yaradıcılığı ilə, xalqdan nəyi və necə öyrənmək sirlərini dərindən-dərinə əks etdirən dühası ilə öyrədir."
Edebiyat
Füzuli öyrədirAyaz Vəfalı · Bakı "Gənclik" · 19771 okunma
Reklam

Yazar Hakkında

Ayaz VəfalıYazar · 0 kitap
Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlamışdır: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olmuşdur (1960-1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976-1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977-1978), məsul katib (1978-1993), baş redaktorun müavini (1993-1996) vəzifələrində çalışmışdır. 1996-2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki T.Q.Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı A.Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə etmişdir. Dövri mətbuatda şeirləri, tərcümələri və ədəbi-tənqidi məqalələri ilə çıxış edir. "Məhəmməd Füzuli" Beynəlxalq Ədəbi Əlaqələr Fondunun sədridir (1994-cü ildən). Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (1991) və məclisinin üzvüdür (1997). Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.