Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gülzar Yorumları ve İncelemeleri

Gülzar yorumları ve incelemelerini, Gülzar kitabı hakkındaki okur görüşlerini , Gülzar puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.210 üzerinden
17 Kişi · 2 İnceleme
63 syf.
7/10 puan verdi
·
5 günde okudu
Cəfər Cabbarlı " Gülzar"
Yazarımızın qələmə aldığı
Gülzar
Gülzar
əsəri ,oxucuları sonluğu ilə maraqda saxlayır .
Cafer Cabbarlı
Cafer Cabbarlı
hekayənin sonluğunu "Ağlayırdı, çünki başqa çarəsi yox idi" cümləsi ilə bitirməsinin səbəbi, bəlkə də hər oxucunun özünü Gülzarın yerinə qoyub ,o vəziyyətdən necə çıxa biləcəyini düşünməsini istəyib . "Gülzarın yerində mən olsaydım neyniyərdim ?" sualı adamı düşündürür. Başına gələn bədbəxt hadisəni heç kimə danışa bilməyən "Gülzar" obrazı,çarəsini yalnız Allaha və Qurana sığınmaqla tapır. "Həyatda heç bir şey səbəbsiz yerə olmur" ifadəsinə çox inanıram. Allah Təalanın (c.c) bizə yaşatdığı çətinliklərin və sıxıntıların hər zaman bir səbəbi var. Əsərdə, Gülzarın yoldaşı Mənsur ,belə bir cümlə işlədir "Mən özüm xalqa çox gülmüşəm, indi, Allaha şükür, bilirəm ki, sabah papağımı yanakı qoyub, kənd içinə çıxanda kimsə mənə gülməyəcək." Bundan belə nəticə çıxarmaq olar ki ,böyük-böyük danışmaqla iş düzəlmir, sabah başına nə gələcək bilə bilmərsən . Əsəri oxumağa dəyər ,qısa , axıcı və düşündürücü hekayədir. Xoş oxumalar.
Gülzar
GülzarCafer Cabbarlı · Azərbaycan Dövlət Nəşriyyatı · 196548 okunma
63 syf.
7/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Yazıçı, demək olar hayatımızda baş verən real hadisələrə toxunub.Əsərdəki kimi həyatda da bu hadisələr baş verir...Bir qadının çarəsizliyi, yaşadığı hadisələr, onun çarəsizliyindən istifadə edib, onu zorlayan şərəfsizlər, insanların bilib bilmədən danışdıqları sözlər vs. Kimi hadisələr bu gündə yaşanır... Əsərin sonu xoşuma gəlmədi...Yarımçıq qaldı ele bil əsər...Məncə, sonuna nəsə artırmaq olardı...Gülzarın adını təmizə çıxarmaq olardı...Gülzarın taleyi necə oldu, necə olacaq bilinmədi heç...Amma yenə də pis deyildi.Az səhifə olsa da, oxumağa dəyər məncə...
Gülzar
GülzarCafer Cabbarlı · Azərbaycan Dövlət Nəşriyyatı · 196548 okunma