Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hınzır Kız

Mario Vargas Llosa

Hınzır Kız Gönderileri

Hınzır Kız kitaplarını, Hınzır Kız sözleri ve alıntılarını, Hınzır Kız yazarlarını, Hınzır Kız yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
- Bilirsənmi, bütün gecəni məni sığalladığın həmən ayağının ayaqqabısını mənə bağışla. Bir halda sən orda olmayacaqsan, mən onu özümlə yatağa salaram. Sonra isə diş fırçası ilə birlikdə qoruyub saxlayaram.
Sayfa 196 - Qanun NəşriyyatıKitabı okudu
384 syf.
1/10 puan verdi
·
3 günde okudu
Oxumağa başladığım gündən bu əsər bütün əsəblərimi pozdu.Heç bir halda yaramaz qızın bu cür davranışlarına haqq qazandıra bilmədim.Ricadro isə sanki mazoxistdir.Bir insan axı nəyə görə özünə əziyyəti rəva bilir?Onu deyə bilərəm ki,yaramaz qızı çox qısqandım.Nə qədər səhvlər etsə də hətta ən böyük əxlaqsızlıqlarla məşğul da olsa yenə də onu sevən gözləyən biri olduğunu bilirdi.Sevilmək belə gözəl hiss olmalıdır yəqin ki.Burda birşeydən də əmin oldum ki,Ricado yaramaz qızın hərəkətlərinə yazığı gəldiyi üçün göz yummurdu,həqiqətən sevirdi.Lakin sevgi də qarşılıqsız olanda əzab verir.Həmişə münasibəti az sevən şəxs yönləndirir.Romanın sevgi macəraları məni nə qədər əsəbləşdirsə də,siyasi baxış bir o qədər yaxşı təsvir olunmuşdu.
Yaramaz Qızın Sərgüzəştləri
Yaramaz Qızın SərgüzəştləriMario Vargas Llosa · Qanun Nəşriyyatı · 0143 okunma
Reklam
Nə vaxtsa çoxdan,uzaq-uzaq illər bundan əvvəl elə bu otaqdaca sən məndən soruşdun, mənim üçün xoşbəxtlik nədir. Ağıllı uşaq, yadındamı? Mənsə cavab verdim ki, mənim üçün xoşbəxtlik, pul əldə eləməkdir, yəni nüfuzlu və çox varlı bir kişini qırmağa keçirməkdir. Bax, mən səhv eləmişəm. İndisə mən bilirəm ki,mənim üçün xoşbəxtlik sənsən.
Sayfa 332Kitabı okudu
Lim universitetinin keçirdiyi rəy sorğusuna görə gənclərin altmış faizi özlərinin başlıca həyat məqsədlərinin xaricə, böyük əksəriyyətinin Birləşmiş Ştatlara, qalanlarının isə Avropaya, Yaponiyaya, Avstraliyaya, hara gəldi getmək olduğunu bildiriblər. Bundan ötrü kim onları məzəmmətləyər? Kim? Əgər vətən onlara iş verə, inkişaflarını təmin eləyə bilmirsə, şəxsi təhlükəsizliklərinə zəmanət verə bilmirsə, tamamilə aydındır ki, onlar getməyi arzulayacaqlar.
Sayfa 306Kitabı okudu
Geri132
324 öğeden 321 ile 324 arasındakiler gösteriliyor.