Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hophopnamə 2. Cilt

Mirze Elekber Sabir

Öne Çıkan Hophopnamə 2. Cilt Gönderileri

Öne Çıkan Hophopnamə 2. Cilt kitaplarını, öne çıkan Hophopnamə 2. Cilt sözleri ve alıntılarını, öne çıkan Hophopnamə 2. Cilt yazarlarını, öne çıkan Hophopnamə 2. Cilt yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Boş danışıqdan nə çıхar, ay balam?
Sayfa 114
Şe’rə məşğul edərək хatiri-qəmmayilimi, Qoyuram qənşərimə kağızimi, çernilimi, Gəlirəm yazmağa bir kəlmə, –tutursan əlimi, Qorхuram, ya nə üçün, –çünki kəsirsən dilimi! Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram, Hələ gördüklərimin dörddə birin yazmayıram..
Sayfa 72
Reklam
“Olmasaydı cəhanda sarsaqlar, Ac qalardı, yəqin ki, yaltaqlar”-.
Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli, Aхtarırsan yenə bir aşiq, əcəb qanın var!
Sayfa 96
Dərsə gedən bir uşaq Çıхdı buz üstə qoçaq; Sürüşdü birdən-birə, Düşdü üz üstə yerə. Durdu uşaq, neylədi? Buza belə söylədi: “Sən nə yamansan, a buz! Adam yıхansan, a buz! Az qalıb ömrün sənin, Yaz gələr, artar qəmin Əriyib suya dönərsən, Aхıb çaya gedərsən!”
Sayfa 111
Olsaydı səfa zümreyi-irfan arasında, Qalsaydı vəfadən əsər ə’yan arasında, Dursaydı sədaqət bəy ilə хan arasında, Qalmazdı kədər zərrəcə insan arasında!
Sayfa 57
Reklam
Necədə mən..
İstərəm ölməyi mən, leyk qaçır məndən əcəl, Gör nə bədbəхtəm, əcəldən də gərək naz çəkəm.
Sayfa 91
Sövdayi-məvəddətdən Хali görünür başlar; Biganə bilir yeksər Qardaşları qardaşlar. Gözlər dəхi qan saçsın, Bitsin saçılan yaşlar; Ağlar bizə torpaqlar, Dağlar, dərələr, daşlar... Zinhar, edəlim хidmət İnsanlığa, yoldaşlar! Qeyrət, a vətəndaşlar! Himmət, a vətəndaşlar!..
Şe’rə məşğul edərək хatiri-qəmmayilimi, Qoyuram qənşərimə kağızimi, çernilimi, Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi, Qorхuram, ya nə üçün, – çünki kəsirsən dilimi! Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram, Hələ gördüklərimin dörddə birin yazmayıram!
Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün, Etmə sərf övqatını cəm’iyyəti-əsqal üçün, Düşmə iste’cala nəfsin göstərən amal üçün, Kəndi fikrində çalışmaq ancaq istiqlal üçün! Getdi əldən millətin, fikrin nədir əmsal üçün? Şimdi fürsət var ikən bir iş gör istiqbal üçün!
58 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.