Hərflərin Vahiməsi

Aqşin Yenisey

Hərflərin Vahiməsi Quotes

You can find Hərflərin Vahiməsi quotes, Hərflərin Vahiməsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"İçən kimi ya boş-boş danışmaq istəyirsən, ya da dolu-dolu ağlamaq."
Sayfa 22 - Qanun Nəşriyyatı
"Mənim həyatım doldurur səsi olub, özü olmayan varlıqlarla..."
Sayfa 20 - Qanun Nəşriyyatı
Reklam
Yorulmuş insanlar artıq öz içlərində də gizlənə bilmirdilər; susmağına susmuşdu hamı, amma ölkəni bürüyən bu lal səs-küydən qulaq tutulurdu.
Sayfa 7 - Qanun Nəşriyyatı
Bütün günü zibilliyə uzanıb kitab oxuyan nihilist pişik bir dəfə ona demişdi ki, içki ilə çörək canavarla it kimi qohumdurlar, içki bərəkətin vəhşi, canavar halıdır, çörək isə əhliləşdirilmiş it halı. İt insanı ov olmaq təhlükəsindən qoruduğu kimi, çörək də insanı ac qalmaq təhlükəsindən qoruyur.
Tanrı həm də insanın intellektual tənbəlliyinin məhsuludur; varlıq haqqında suala hazır göydəndüşmə cavabdır.
"...bizim çagımızda, insanlar ağrıyırlar, amma ölmürlər, hətta ağrıya o qədər öyrəşiblər ki, ağrımayanda yaşadıqlarına şübhə edirlər."
Reklam
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.