Hərflərin Vahiməsi

Aqşin Yenisey

Hərflərin Vahiməsi Posts

You can find Hərflərin Vahiməsi books, Hərflərin Vahiməsi quotes and quotes, Hərflərin Vahiməsi authors, Hərflərin Vahiməsi reviews and reviews on 1000Kitap.
"Sözlər zəhmətkeş xidmətçilər, ya da nəbilim, özlərindən ağır yükləri qaldıran qarışqalar kimi bizi içimizdəki mənaların ağırlığından xilas edir, onların bizi əzən yükünü daşıyıb çölə atırlar və zaman keçdikcə özləri də bir-bir bu yolda tələf olurlar, onları yeniləri əvəzləyir, sonsuza qədər belə olacaq; mənalar həmişə yaşayacaq, sözlər həmişə öləcək. Necə ki, insanlar həmişə ölür, insanlıq isə həmişə yaşayır."
Sayfa 140Kitabı okudu
İstedadı öldürmək, əlbəttə ki, mümkün deyildi, onu ancaq susdurmaq, intihara məcbur etmək olardı, bundan ötrü isə onu qarabaqara izləmək, qətiyyən tək qalmasına imkan vermək olmazdı. Çünki istedad başqa güclər kimi deyildi, o, tək qalanda ruhdan düşmür, əksinə, daha da güclənir və qarşısıalınmaz olurdu. Çünki o, əhliləşməsi mümkünsüz əmək, fitri anarxizm idi. İstedadın bəzən ölməmək üçün özünü ölümə atmaq kimi bir absurd cəsurluğu vardı.
Sayfa 121Kitabı okudu
Reklam
Tanrı həm də insanın intellektual tənbəlliyinin məhsuludur; varlıq haqqında suala hazır göydəndüşmə cavabdır.
"Kamillik və zənginlik insanın azadlığa fərdi münasibətinin nəticəsidir; müdriki kamilləşdirən azadlıq eşqidir, milyoneri zəngiləşdirən rahatlıq eşqi."
"...bizim çagımızda, insanlar ağrıyırlar, amma ölmürlər, hətta ağrıya o qədər öyrəşiblər ki, ağrımayanda yaşadıqlarına şübhə edirlər."
"Əzab yarası olmayan ağrıdır. İnsan bu dünyaya ağrıyan bir yara kimi doğulur, yəni əzabın yarası varlığımızın özüdür. Biz varlığımızı bir yara kimi hiss etdikdə və buna dözərək özümüzü sağaltmağa başladıqda müdrikləşirik, ağlımız, ruhumuz və qəlbimiz bir-birinə dostcasına sarılır, yalnız bundan sonra həyatın digər yaraları bizə gülməli görünür. Elə bir dövr gələcək ki, insanın ağlı, ruhu, qəlbi bir-birini tanımayacaq. Hərəsi insanı bir tərəfə dartacaq, insan özü-özünün gərildiyi çarmıxı olacaq... və gülüşü unudacaq."
Reklam
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.