Hərflərin Vahiməsi

Aqşin Yenisey
Çox səsli roman janrında yazılan “Hərflərin vahimə­si”nin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir. İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar, öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqində. O, seçim qar­şı­sındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahat­lığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət di­a­lo­qu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil.
Author:
Aqşin Yenisey
Aqşin Yenisey
Estimated Reading Time: 4 hrs. 5 min.Page Number: 144First Publication Date: 2022Publisher: Qanun Nəşriyattı
ISBN: 9789952381689Country: TürkiyeLanguage: Azerice

Comments and Reviews

See All
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.