Hərflərin Vahiməsi

Aqşin Yenisey

Oldest Hərflərin Vahiməsi Posts

You can find Oldest Hərflərin Vahiməsi books, oldest Hərflərin Vahiməsi quotes and quotes, oldest Hərflərin Vahiməsi authors, oldest Hərflərin Vahiməsi reviews and reviews on 1000Kitap.
Revmatizm xəstəsi yağış yağacağından əvvəlcədən duyuq düşdüyü kimi, qadın ruhu da kasıblığın yaxınlaşdığını əvvəlcədən hiss edir. "Bu yəqin ki, hiss deyil, mədəniyyətin yaxasından yapışıb qopmaq bilməyən mağara instinktidir. Qədim dünyanın aclığı modern dünyanın kasıblığıdır. Modern ailənin tanrıçası ise soyuducudur. Hər gün qurbanlar tələb edən metal bir tanrıça; ona verməlisən ki, əvəzini ala biləsən. Soyuducu həm də matriarxal dövrün heç vaxt başa çatmayacağının yeganə sübutudur. Evin qadını isə bu tanrıçaya xidmət edən məbəd fahişəsidir..."
Tanrıdan bircə sualına cavab istədi: nə üçün yalana, şeytana sığınanlar sənin yaratdığın və guya, nəzarət etdiyin dünyada daha firavan yaşayır, sənə sığınanlar, səni sevənlər isə bütün ömürlərini ilan boğazında keçirirlər?
Reklam
"Birincisi insanı cənnətdə, sənin sözlərinlə desək, ilk günaha vadar edən tamah deyildi, maraq idi. İnsan yemək yox, bilmək istəyirdi"
Bütün günü zibilliyə uzanıb kitab oxuyan nihilist pişik bir dəfə ona demişdi ki, içki ilə çörək canavarla it kimi qohumdurlar, içki bərəkətin vəhşi, canavar halıdır, çörək isə əhliləşdirilmiş it halı. İt insanı ov olmaq təhlükəsindən qoruduğu kimi, çörək də insanı ac qalmaq təhlükəsindən qoruyur.
"Qayğısız, firavan həyat həmişə səni özünə doğru dartır və sən ona tərəf fidanlığından küləklərin önündə tək-tənha böyüyən şumerlərin mistik huluppu ağacı kimi yavaş-yavaş əyilirsən, əyildikcə də səni əyilməyə qoymayan güclərin zalımlığını dərk edirsən. Və bir gün eynən huluppunun başına gələn əhvalat baş verir; küləklər səni kökündən çıxarıb bir çaya, tullayır, elə ki, axına qoşuldun, hər şeyi unudursan, ağzı əbədi olaraq qulaqlarının dibində olan Hüqonun zavallı qəhrəmanı Quinplen kimi bütün ömrün boyu gülürsən, ağlamaq istədikdə belə..."
Fövqaladə heç bir hadisə baş verməmişdi; sadəcə, ehtiyac növbəti dəfə azadlığı yenmişdi, bu qədər ənənəvi və bəsit!
Reklam
25 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.