Həyat Mozaikasının Beş Əsas Fraqmenti

Jim Rohn

Sözler ve Alıntılar

Tümünü Gör
Əgər daha yaxşı gələcək qurmaq istəyiriksə, keçmiş xatirələrin, həm yaxşı həm də pis xatirələrin dəqiqliyinə əmin olmalıyıq. Biz ayrı-ayrı məqamları xəyalımızda canlandıraraq keçmişin üzərində düşünməli və alınan dərsə nəzərən indiki hərəkətlərimizi təkmilləşdirməliyik. Biz faktlarla manipulyasiya edərək, özümüzdən başqa hər kəsi günahlandırmağa çalışırıqsa, deməli, reallıqdan qaçmağa çalışırıq və bu, o deməkdir ki, keçmiş səhvləri və çətinlikləri yenidən yaşamağa məhkumuq.
Fərq et
"Siz hazırda malik olduğunuzdan daha çox şeyə nail ola bilərsiniz, çünki Siz daha böyük olmaq imkanına maliksiniz"
Reklam
Varlıların da, kasıbların da uşaqları problemlərlə rastlaşırlar. Kasıblar kimi varlıların da ailə münaqişələri olur. Valılar da, kasıblar da, maliyyə və şəxsi fəlakətə səbəb ola biləcək problemlərlə üzləşirlər. Son nəticədə, bizim həyat keyfiyyətimiz baş verənlərlə deyil, böyük əziyyətlə yelkənləri qurduqdan sonra küləyin istiqamətini dəyişdiyini gördükdə necə reaksiya verməyimizdən asılıdır.
İcrası vacib olduğunu bildiyimiz işləri yerinə yeritməmək bizdə günahkarlıq hissi yaradır, bu isə özünə inam hissini dağıdır. Bizim özümüzə inamımız azaldığından həyat aktivliyimizin də səviyyəsi düşür. Həyat aktivliyimiz azaldığından nəticələrimiz də pisləşir. Nəticələrimizin zəifləməsi ilə mövqeyimiz də zəifləyir. Bu proses zamanı həyata münasibətimiz pozitivdən neqativə dəyişir, özünəinam hissimiz isə daha da azalır və s...Əgər biz görülməsi vacib olan işi görmürüksə, onda neqativ spiral yaranır ki, bir dəfə burduqda qarşısını saxlamaq çox çətin olur.
Çıxılmazlıq
Çıxılmazlıq- aylar və ya illər ərzində həddindən artıq çox yol verilmiş arxayınlıq nəticəsində qalaqlanmış problemlərin verdiyu yekundur ki, bizi həmin problemlərin həllinə kəskin ehtiyac duyduğumuz məqama gətirib çıxarır.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.