Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İki Od Arasında

Yusuf Vezir Çemenzeminli

İki Od Arasında Sözleri ve Alıntıları

İki Od Arasında sözleri ve alıntılarını, İki Od Arasında kitap alıntılarını, İki Od Arasında en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Kazım ilə Allahqulu meşəyə palıd qozası və pencər yığmağa gedirdilər. Camaat səhər tezdən meşəyə daraşıb, ot-ələflə qarınlarını doldurmağa çalışırdılar. Şəhərdə it və pişik qalmamışdı."
Sayfa 308Kitabı okudu
"İbrahim xan, Çingiz xanın nəvəsi Hülakü xan nəslindən olması ilə fəxr edərək, sarayında da Çingiz ənənələrini yaşatmağa çalışırdı. Bu ənənələrdən biri də saygılı adamların xanın sol tərəfində oturmaları idi. Vaqifin də sol yanda oturdulması onun sarayda qazanmış olduğu mövqeyi və hörməti göstərirdi.
Sayfa 129Kitabı okudu
Reklam
" Lakin Vaqif niyə gənc deyildi? Niyə onun öz arvadı ona yabançı və yasaq olmuşdu?.. Nə üçün o, bir evdə, bir otaqda yaşadığı qadının bu qədər həsrətini çəkir, dərdindən odlanırdı? Nə üçün, bir-birinə yaxın olduqları halda, aralarında böyük məsafə, yıxılmaz hasar, bürclər vardı?.."
Sayfa 272Kitabı okudu
"Vidadi heyrətlə dinləyib dedi: -A Pənah, insan yəni axırda ölməyəcək? Bu beş gün dünyanın cahu-cəlalı üçün bu qədər başağrısı çəkməyə dəyərmi? Şah da, gəda da ölüb torpağa qoyulacaq. Axır ki, ölümdür.
Sayfa 253Kitabı okudu
Ağaməmmməd Şah
Lakin heç bir şey ona təsəlli vermirdi. Bu, mümkün də deyildi. Onun şəxsi həyatı uşaqlıqdan söndürülmüşdü. Buna əvəz olaraq onda hakimiyyət duyğusu və bu duyğu ilə bərabər dünyaya və bütün məxluqlara qarşı bir kin də doğmuşdu.
Sayfa 249 - QanunKitabı okudu
Uzaqdakıların xatirəsi üçün qonşularla düşmənçilik etmək təcrübəsi erməni xalqına baha oturmuşdu.
Sayfa 37 - QanunKitabı okudu
Geri17
115 öğeden 106 ile 115 arasındakiler gösteriliyor.