Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əl-imamətu vət-təbsirətu minəl-heyrət

İmamət Heyrətdən Aydınlığa

Şeyh Saduk
0/10
0 Kişi
1
Okunma
Beğeni
42
Görüntülenme
“Həmd aləmlərin Rəbbi olan Allah üçündür. Aqibət müttəqilər, Cənnət müvəhhidlər, Cəhənnəm isə mülhidlər üçündür. Zalımlardan başqa heç kimlə düşmənçilik yoxdur. Allahdan başqa bir məbud yoxdur və O ən gözəl yaradandır. Salavat və salam olsun yaranmışların ən xeyirlisi olan Muhəmmədə və onun pak itrətinə.Ey mənim şeyxim və güvəndiyim Əbül-Həsən Əli ibn Hüseyn ibn Babəveyh Qumi. Allah Öz razı olduğu işlərdə səni müvəffəq etsin, sənin nəslindən saleh övlad dünyaya gətirsin. Sənə təqvalı olmağı, namaz qılmağı və zəkat verməyi vəsiyyət edirəm. Çünki zəkat verməyən kəsin namazı qəbul olmayacaq. Sənə başqalarının günahlarından güzəşt etməyi, qəzəbləndikdə özünü saxlamağı, qohum-əqrəba ilə əlaqələri qorumağı, din qardaşlarınla bir-birinizə kömək və əməkdaşlıq etməyi, onların imkansız-imkanlı vaxtlarında ehtiyaclarını aradan qaldırmağa çalışmağı, dində fəqih olmağı vəsiyyət edirəm. İşlərdə sabitqədəm ol və Qurana riayət et, öz əxlaqını gözəlləşdir, başqalarına yaxşı işlərə əmr et və pis işlərdən çəkindir. Çünki Allah buyurub: “Onların xəlvət söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir yalnız sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir”. Sənə bütün pisliklərdən çəkinməyi vəsiy yət edirəm. Gecə namazını tərk etmə, çünki Peyğəmbər (sallallahu əleyhi və alih) Əliyə (əleyhissəlam) vəsiyyətində üç dəfə buyurdu: “Ey Əli (sənə vəsiyyət edirəm) gecə namazı, gecə namazı, gecə namazı. Hər kəs gecə namazına etina etməsə, bizdən deyil”.Elə isə, sən özün mənim vəsiyyətlərimə əməl et və şiələrimə də göstəriş ver ki, əməl etsinlər. Səbirli ol və zühuru gözlə. Peyğəmbər (sallallahu əleyhi və alih)buyurub: “Mənim ümmətim üçün ən yaxşı əməl zühuru gözləməkdir”. Şiələrimiz oğlum zühur edənə qədər daima qəm-qüssə içərisində olacaq. Peyğəmbər (sallallahu əleyhi və alih) onun barəsində buyurub: “Yer üzü zülm və haqsızlıqla dolduğu zaman o, gəlib yer üzünü haqq ədalətlə dolduracaq”. Ey mənim şeyxim! Səbr et, şiələrimizi də səbrli olmağa çağır. Yer kürəsi Allahın ixtiyarındadır və bəndələrindən kimi istəsə, ora ( yer kürəsinə) hakim seçər. Aqibət (gözəl sonluq) ancaq təqvalılara, Allahdan qorxanlara məxsusdur. Haqqın salam, rəhmət və bərəkətisənə və bizim bütün şiələrimizə olsun! Allahın salam və salavatı Muhəmmədə və onun ailəsinə olsun. Allah bizə kifayətdir. O nə gözəl vəkil, nə gözəl mövla və nə gözəl yardımçıdır.” (ibn Babəveyh Qumi, İmamət – heyrətdən aydınlığa, səh 6-7.)
Yazar:
Şeyh Saduk
Şeyh Saduk
Tahmini Okuma Süresi: 5 sa. 13 dk.Sayfa Sayısı: 184Basım Tarihi: 2017
ISBN: 9789952507423Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.