Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İnsan-ı Kamil

Murtaza Mutahhari

İnsan-ı Kamil Sözleri ve Alıntıları

İnsan-ı Kamil sözleri ve alıntılarını, İnsan-ı Kamil kitap alıntılarını, İnsan-ı Kamil en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsanın həyatının əsasi mübarizə və müharibə dir.
Əgər Allah insanlarin bir qismini digər qismi ilə dəf etməsəydi, yer üzü fitnə fəsada uğrayardi.
Reklam
Filosof varliği ümumi şəkildə araşdiran, onun əvvəl və ağirini tapmağa çalışan şəxsə deyilir.
"İlahi! Mənim dualarımın qarşısının alınmasına ( dua və minacat dərdinin məndən alınmasına) səbəb olan günahlarımı bağışla!"
Sayfa 79 - İrşad nəşriyyatKitabı okudu
Mövlana burada kişiliyi qiymətləndirərək deyir ki, qəzəb və şəhvət hissləri baş qaldıranda kişilik harada olur? Kişi odur ki, qəzəbi alovlanaraq aşıb-daşanda güclü iradəyə malik olmuş olsun və qəzəb adlı bu alovun müqabilində dayansın. Həmçinin şəhvət hissi oyanaraq insanın ixtiyarını əlindən almaq istəyəndə o, bu qüvvə müqabilində qiyam etsin. Bunları güc və qüdrət adlandırırlar.
Əli Kumeyl ibn Ziyad ilə səhraya gedəndə necə də gözəl söz deyib. Kumeyl deyir ki, səhraya - heç kəsin olmadığı bir yerə çatanda Əli dərindən ah çəkib belə dedi: "Ey Kumeyl ibn Ziyad! İnsanın qəlbi qab kimidir. Qabların ən yaxşısı tutumu olan və ya içindəkini yaxşı saxlayandır. Sənə dediklərimə yaxşı qulaq as". Həzrət Əli söhbətinin davamında insanları üç hissəyə bölür ki, mən bu barədə danışmaq niyyətində deyiləm. Söhbətinin sonunda isə belə şikayətlənir: "Əfsuslar olsun ki, ürəyimdəkiləri deməyə layiq sirr saxlayan insanlar yoxdur". Sonra isə belə deyir: "Amma bu o demək deyil ki, belə insanlar heç olmur. Həmişə, bütün dövrlərdə belə adamlar olublar... Bəsirətin son həddində olan həqiqi elm onlara üz tutub və onlar tam yəqinlik məqamına çatıblar. Onlar yəqinlik ruhuna qovuşublar və yəqinliklə onlar arasında məsafə yoxdur. Əyyaş və əşyapərəst adamlara çox çətin gələn şeylər, onlara çox asan və rahat gəlir. Nadanların qorxaraq vahimələndikləri şey, yəni haqq ilə xəlvətdə minacat etmək onların ülfət mənbəyidir, ünsiyyət ocağı dır. Bunlar dünyada camaatla bir yerdədirlər, amma uca aləmə cəzb edilmiş ruhlarla! Bu dünyada olmaları ilə yanaşı, həm də bu dünyada yoxdurlar. Həm bu dünyadadır lar, həm də başqa dünyada".
Geri137
379 öğeden 371 ile 379 arasındakiler gösteriliyor.