Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

İradə Gücünün İnstinkti

Kelly Mcgonigal
6/10
10 Kişi
23
Okunma
7
Beğeni
1.562
Görüntülenme
Sağlamlıq üzrə mütəxəssis, psixoloq Kelli Makqoniqalın işi insanlara stressin öhdəsindən gəlmək və həyatlarında pozitiv dəyişikliklər etməyə kömək göstərməkdir. Ö, tələbələrinin seçimə nəzarət uğrunda apardığı mübarizəni illərlə müşahidə edəndən sonra anladı ki, insanların iradə gücü barədə inandıqlarının əksəriyyəti onların uğurlarını əslində sabotaj edir. Məsələn, iradə gücünü ləyaqət kimi görməyimiz bizi ən ciddi hədəflərimizdən yayındıra bilər. Makqoniqal bunun əvəzində tələbələrinə özünənəzarətə təsir edən bioloji funksiyaları, əqli tələləri və sosial amilləri anlamağı təklif edir. O, psixologiya, neyrologiya və iqtisadiyyat kimi sahələrin ən son yeniliklərindən istifadə edərək Stenford Universiteti Davamlı Araşdırma Proqramı üçün "İradə gücü elmi" adlı kurs yaratdı. Tələbələr onu həyatı dəyişdirən kurs kimi təsvir edirlər. Bu kurs "İradə gücünün instinkti" kitabının əsasıdır. Bu kitab "əsl iradə gücü nədir, o necə işləyir və niyə vacibdir" suallarına cavab vermək üçün anlaşıqlı struktur qurur. Öz diqqətimizə nəzarət etmək bacarığımız, emosiyalarımız, iştahamız və davranışımız təkcə bizim sağlamlığımıza, maliyyə təminatımıza, əlaqələrimizə və peşəkar uğurumuza təsir etmir. Onları həm də təlimləndirmək mümkündür. "İradə gücünün instinkti" məqsədlərimizi müəyyən etmək, özünənəzarəti gücləndirmək və bir ömür dəyişiklik etmək üçün bizə addım-addım irəliləməyə imkan verən proqram təqdim edir. Bu dəyişikliyin nə olmasının fərqi yoxdur: bunlar arıqlamaq, maliyyə vəziyyətinin yaxşılaşdırılması, stressin azaldılması, təxirəsalınmaların qarşısının alınması, yaxşı valideyn olmaq, yaxud da diqqətin toplanması kimi məsələlər ola bilər.
Yazar:
Kelly Mcgonigal
Kelly Mcgonigal
Tahmini Okuma Süresi: 9 sa. 11 dk.Sayfa Sayısı: 324İlk Yayın Tarihi: 31 Kasım 2013Yayınevi: Teas press
ISBN: 9789952310283Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
324 syf.
8/10 puan verdi
·
29 saatte okudu
Beyin orqandır, yoxsa əzələ?
Bu kitab Stenford Universitetində on həftəlik "İradə gücü 101" kursunu təsis edən Kelli Makqoniqalın əsəridir. On fəsildən ibarət olub hər fəsli bir həftəni əhatə edir. Amma kitabın girişində Makqoniqalın da dediyi kimi, siz əsəri bir həftəyə də oxuyub bitirə bilərsiniz. Kitab başdan sonra bioloji və psixoloji artikllara istinadən hazırlanıb. Stereotiplərə meydan oxuduğunu söyləyən Makqoniqalın tövsiyələrindən faydalanan şəxslərin hekayələri ilə kitabın praktiki hissələri də olduqca genişdir. İrəli sürülən hər nəzəri datanın təcrübi əsasları da qeyd edilir. Beyin və iradənin necə qarşılıqlı işlədiyini, özünənəzarətin nə olduğunu kitabdan öyrənəcəksiniz. Beyin: orqan və ya əzələ...
İradə Gücünün İnstinkti
İradə Gücünün İnstinktiKelly Mcgonigal · Teas press · 023 okunma
Reklam
288 syf.
6/10 puan verdi
·
1 saatte okudu
Easy read. Lots of practical advice and examples. But the content seems not unique, mostly copy-pasted items from other Bauemeister's or Mischel's willpower books.
The Willpower Instinct
The Willpower InstinctKelly Mcgonigal · Penguin Publishing Group · 201323 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.