Qarabağ Trilogiyası

İşğal

Sevindik Mehman
Yayınevi:
Qələm Nəşr
ISBN:
9789952465839
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Türler:

Yorumlar ve İncelemeler

Müharibənin əsl üzü - ordunun və döyüşçülərin yaşadıqları..
10/10
·250 syf.··
Beğendi
·
2023 9. kitabı
Mən düşünmürdüm ki, müharibə ilə bağlı bir kitab mənə bu qədər maraqlı gələ bilər. Biz öyrəşmişik ki, kitab çox reklam olunsun, hamı ağız dolusu şablon sözlərlə tərifləsin ki, biz də əldə etməyə çalışaq o kitabı. Amma həmişə belə olmur, bəzi kitablar özü gəlib səni tapır... Necə ki, bu kitabı mənə müəllif özü verdi ki, "al oxu, həqiqətən, məni tanı" Deyirdi ki, müəllif özü nədirsə onu yazır.. Bu trilogiyaya film çəkilsə əla olar, çünki mən ordakı təsvir olunan yerləri, hadisələri təkcə oxumaqla kifayətlənmək istəmirəm görmək istəyirəm. Kitabı oxuyarkən anlamadığım bəzi hərbi terminlər oldu, çox yaxşı olardı ki, kitabın sonunda bu terminlərin açıqlaması olardı.Dialekt sözlər də var idi ki, doğma hiss etdirirdi kitabı adama. Triller, qorxu, macəra, yeri gələndə dram janrında roman.. Bəzi məqamlarda həmin dövrün siyasi vəziyyəti,idarədəki boşluqlar hamısı obyektiv ifadə olunub. Öz yazarımızdan, öz tariximiz barədə, öz dilimizdə maraqla oxuyacağınız bir trilogiya.. Qarabağ trilogiyası ( Üçüncü kitab hələ nəşr olunmayıb.) İşğal
Savaş
İşğalSevindik Mehman · Qələm Nəşr · 05 okunma
Reklam