-Bacıoğlu, o düzdü ki, müharibə vaxtı insan ucuz sayılır?
O ləngərlədi və guya fikrini izah etməyə çalışdı.
- Bax, bu texnikanın, patronun hamısı döyüş vaxtı insandan baha olur ki?
- Elə olur, - dedi Əli. Yəni döyüş vaxtı insan bunların hamısından ucuz hesab edilir. Bu müharibənin yazılmamış qanunlarından biridir.