İslamda Qadın Sözleri ve Alıntıları

İslamda Qadın sözleri ve alıntılarını, İslamda Qadın kitap alıntılarını, İslamda Qadın en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
“...Quranın bu kimi yerlərdə xüsusi olaraq "zövc", yəni "tay" kəlməsinə təkid etməsinin səbəbi "həyat yoldaşı" və “arvad" sözlərinin "tay" sözünün mənasını ifadə etməməsidir. Çünki “tay" sözü onların bir-birinə ehtiyacının olması, hər birinin mövcudluğunun digərinin vücudunu təkmilləşdirməsi və bir-biri ilə əlaqələrinin olmadığı təqdirdə yaradılışın hədəfinin hasil olmaması mənası ifadə edir.”
“Hər bir insanın ruhi ehtiyaclarından biri məhəbbətdir. İnsanın qəlbi məhəbbətlə döyünür və ailə mühitində hər şeydən çox məhəbbətə ehtiyac var. Evi işıqlandıran məhəbbət nurudur. İçində məhəbbət çırağı yanmayan ev “ölülər" məskənidir.”
Parlaq İmzalarKitabı okudu
Reklam
“Xoşbəxtlik, qurtuluş və Allah-taalaya yaxınlaşmaq kişi və qadın olmaqdan asılı olmayaraq yalnız və yalnız imandan, imanın mərtəbəsindən, elm, təqva, məsuliyyət, insani əxlaq, yaxşı əməl və islami dəyərlərə hörmətdən asılıdır və İslam baxımından elm, maddi və mənəvi insani kamal əldə etməyin qapıları qadın ilə kişinin üzünə bərabər şəkildə açıqdır.”
Sayfa 183 - Parlaq İmzalarKitabı okudu
“Araşdırmalara əsasən, uşaqlıqda ana məhəbbətindən məhrum olan uşaqlar sonralar nə başqalarının məhəbbətini qəbul edirlər, nə də özləri məhəbbət göstərirlər. Onlar ömürlərinin sonuna kimi tərs, dikbaş, tündxasiyyət, əsəbi, eqoist və bədbin olurlar. Həmçinin onlar hamını özlərinə düşmən hesab edir və başqalarına məhəbbət göstərmək əvəzinə, onlarla mübarizə aparmağa hazırlaşırlar.”
Parlaq İmzalarKitabı okudu
“Qərbdə yaranaraq dünyanın müxtəlif ölkələrində yayılmış və uşaqların şəxsiyyətinə, onun da nəticəsində bəşər cəmiyyətinə böyük zərbə vuran işlərdən biri uşaq bağçalarının yaradılmasıdır. Uşaq bağçası zahiri baxımdan çox modern və səliqəli olsa da, uşağın hiss və duyğularını, həmçinin qeyd edilən tərbiyəvi hədəfləri əsla təmin etmir.”
Parlaq İmzalarKitabı okudu
“Ərlə arvad bilməlidir ki, evlənməyin mənası iki cismin "birləşmə"sidir və əgər onların hansısa biri tək olduğu vaxtdakı müstəqilliyində qalmaq istəsə, həmin birləşmə mümkün olmayacaq.”
Parlaq İmzalarKitabı okudu
Reklam
17 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.