İslamda Qadın Gönderileri

İslamda Qadın kitaplarını, İslamda Qadın sözleri ve alıntılarını, İslamda Qadın yazarlarını, İslamda Qadın yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Tərbiyənin sirlərini bilib onlardan istifadə etməklə xoşbəxt övladlar tərbiyə etməyin öhdəsindən analar gələ bilər. Tərbiyə məsələsinə diqqətsizlik göstərib səhlənkarlıq etməklə, yaxud tərbiyənin meyar və qaydalarını bilməmək üzündən cəmiyyətin məhv olmasına və fəsada düçar olmasına səbəb olan da onlardır.”
Sayfa 353 - Parlaq İmzalarKitabı okudu
“Psixologiya elmi və təcrübə göstərir ki, uşaq təbii olaraq ona baxan şəxsin öz sevgi və məhəbbətini ona ünvanlamasını, onun vücudunda təmərküzləşdirməsini istəyir. Amma uşaq bağçasında uşağın bu təbii istəyi heç vaxt həyata keçmir. Çünki bir tərbiyəçi bir neçə uşağa baxır və onların hər biri tərbiyəçinin diqqətinin yalnız onda olmasını istəyir və onun ondan başqasına da diqqət etdiyini görəndə narahat olur. Uşaqlar arasında bu rəqabətin güclənməsi onların arasında kin və ədavətin yaranmasına səbəb olur. Bunun da nəticəsində uşaqların qəlbində məhəbbət toxumunun cücərməsi, şəxsiyyətlərinin formalaşması və müstəqilliklərinin yaranması əvəzinə, kin və ədavət toxumları cücərir, bu kin və ədavətlər həyatın sonrakı dövrlərində xoşagəlməz nəticələr verir...”
Parlaq İmzalarKitabı okudu
Reklam
“Araşdırmalara əsasən, uşaqlıqda ana məhəbbətindən məhrum olan uşaqlar sonralar nə başqalarının məhəbbətini qəbul edirlər, nə də özləri məhəbbət göstərirlər. Onlar ömürlərinin sonuna kimi tərs, dikbaş, tündxasiyyət, əsəbi, eqoist və bədbin olurlar. Həmçinin onlar hamını özlərinə düşmən hesab edir və başqalarına məhəbbət göstərmək əvəzinə, onlarla mübarizə aparmağa hazırlaşırlar.”
Parlaq İmzalarKitabı okudu
“Qərbdə yaranaraq dünyanın müxtəlif ölkələrində yayılmış və uşaqların şəxsiyyətinə, onun da nəticəsində bəşər cəmiyyətinə böyük zərbə vuran işlərdən biri uşaq bağçalarının yaradılmasıdır. Uşaq bağçası zahiri baxımdan çox modern və səliqəli olsa da, uşağın hiss və duyğularını, həmçinin qeyd edilən tərbiyəvi hədəfləri əsla təmin etmir.”
Parlaq İmzalarKitabı okudu
“ey Pərvin, yaxşı qadının boyun və barmaqlarına rəngarəng ləl-cəvahirat deyil, elm ləl-cəvahiratı yaraşır.”
Sayfa 362 - Parlaq İmzalarKitabı okudu
“Hər bir insanın ruhi ehtiyaclarından biri məhəbbətdir. İnsanın qəlbi məhəbbətlə döyünür və ailə mühitində hər şeydən çox məhəbbətə ehtiyac var. Evi işıqlandıran məhəbbət nurudur. İçində məhəbbət çırağı yanmayan ev “ölülər" məskənidir.”
Parlaq İmzalarKitabı okudu
Reklam
17 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.