Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İtkin Gəlin 1. Kitab

İtkin Gəlin

Alibala Hacızade

En Eski İtkin Gəlin Sözleri ve Alıntıları

En Eski İtkin Gəlin sözleri ve alıntılarını, en eski İtkin Gəlin kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
....Çünki ölümün sadece gözleri kör diyil,kulakları da sağırdı
"...Ölməzlik məhəbbət zirvəsindədi, Məhəbbət əbədi ömür deməkdir."
Reklam
İnsanda həmişə iki xislət,iki təbiət olur:insanlıq və vəhşilik təbiəti.Insanın ürəyində bardaş qurub oturmuş vəhşilik özünü nadir halda göstərir; hirslənəndə,müharibələrdə,çılğınlaşanda,gözünü qan tutanda...Yoxsa insan qanlı işlərə əl atmaz.
Ancaq insan iradəsi,görünür;hər istehkamdan,hər qaladan da möhkəmmiş!
İnsan ən uca,ən ali,ən yetkin bir məxluqdur;o eyni zamanda, ən alçaq,ən rəzil işlər də görməyə qadirdir.Bəli,bir tərəfdən də uca,əlçatmaz.O biri tərəfdən də ən alçaq,rəzil,nifrətlərə layiq.
Bu, təkcə bir də heç vaxt görə bilməyəcəyi əzizləri üçün axıdılan göz yaşı deyildi, bu, həm də indiyə qədər ürəyində yığılıb qalmış nisgilin, əzab-əziyyətin ağrısı-acısı idi ki, gözlərindən axırdı.
Reklam
Yaxşı ki, həyatda şirin xəyal varmış, insan özü-özüylə ürəyində, səssizcə danışa bilirmiş. Yaxşı ki, insanı çətin dəqiqələrdə dözümlü edən, əlindən tutub naməlum gələcəyə çəkib aparan gözəl ümidlər varmış.
Səadət də ən böyük kədər kimi, adamın dilini lal eləyə bilərmiş.
Axı ilk mehebbet ilk övlad kimi şirin ve unudulmaz olur.
Nurdan yaranmısan,nurdu baxışın, Ulduzlar göylərə gözündən düşüb. Sevən ürəyimə bu atəş,bu od Sevən ürəyinin közündən düşüb. Səndən ayrı düşmək ən böyük günah, Ağaran saçıma baxıb çəkmə ah. Yüz telim həsrətdən ağarıb vallah, Bircə dən bir acı sözündən düşüb. Eşqinlə ucalan uca bir dağam, Sənin olacağam nə qədər sağam. Bir kəsə deməyə qoymayacağam Sevgilin qocalıb,gözündən düşüb.
Sayfa 144Kitabı okudu
Reklam
Ağıllı ol, ye de, iç de, amma ağlını elden verme..Dünyada en böyük servet, dövlet ağıldı.
Sayfa 152Kitabı okudu
Adam çox vaxt öz böyüklüyünü hiss elemir-dağlar öz ezemetini duymayan kimi..Dağların ezemeti kenardan baxanlara daha yaxşı melumdur.
Sayfa 191Kitabı okudu
İlk məhəbbət, ilk dilsiz, gözəl duyğuların toxumu hər iki ürəkdə cücərmiş, hər ikisinin şirin yuxusuna haram qatmış, hər ikisini xəyalpərvər eləmişdi.
Təzə ay çıxanda köhnəsini doğrayıb ulduz qayırırlar.
Yetimlərin, binəciblərin sevinci, vaxtsız düşən yaz qarı kimi tez əriyib tez də yox olur- onların nəsibi belədir.
36 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.