Jennie Gerhardt

Theodore Dreiser

Jennie Gerhardt Gönderileri

Jennie Gerhardt kitaplarını, Jennie Gerhardt sözleri ve alıntılarını, Jennie Gerhardt yazarlarını, Jennie Gerhardt yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Vicdan əzabı onu sıxmağa başladıqda o çox sevdiyi "Həyatda azmı şeylər olur ?"məsəli ilə özünə təsəlli verirdi
Bu təkəbbürlük və acgözlük dünyası idealistə ,xəyalpərvərə çəp baxır.Xəyalpərvər süzüb keçən buludların seyrinə dalsa,onu avaraçılıqda məzəmmət edərlər.O küləklərin mahnısına qulaq assa bu onun könlünü açar,ətrafdakılar isə bu zaman onun əmlakını ələ keçirməyə tələsərlər.Həqiqi dünya həmişə acgözlüklə öz əllərini belə adamlara uzadır və onlara hakim kəsilir Həyat məhz belələrini müti qullara çevirir.
Reklam
Elə nadirtəbiətli insanlar olur ki ,onlar dünyaya nə üçün gəldiklərini bilmir və axıradək heç bir şey anlamadan həyatdan köçüb gedirlər.Həyat onlara həmişə ,son dəqiqələrinədək hədsiz gözəl,həqiqi sehrlər aləmi kimi görünür və əgər onlar bu həyatda yalnız bir şeyə valeh ola-ola gəzə bilsəydilər,həyat onlar üçün cənnətdən pis olmazdı.Onlar gözlərini açarkən ətraflarında ürəklərinə yatan kamil dünya :ağaclar ,güllər,səslər və rənglər dənizi görünürdü Bu onların ən qiymətli mirası ən yaxşı sərvətidir.Əgər onları heç kəs :"Bu mənimdir "sözləri ilə dayandırmasaydı bu adamlar səadətdən qanadlanaraq,bir zaman bütün dünyanın eşidəcəyi mahnı ilə bu torpaq üzərində dolaşa bilərdilər.Bu mahnı xeyirxahlıq mahnısıdır.
Artıq onun özünəməxsus həyat fəlsəfəsi yaranmışdı: müvəffəqiyyət qazanmaq istəyirsənsə,fürsəti əldən vermə.
"Onun gözləri quru idi, amma qəlbi göz yaşları içində boğulurdu ".
Sayfa 352Kitabı okudu
" Kədərlənməyin , həyatda azmı şeylər olur ? Bəzən elə görünür ki, iş çox pisdir , amma axırı yaxşı olur ".
247 öğeden 171 ile 180 arasındakiler gösteriliyor.