Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kafka və mən

Əlisa Nicat

Kafka və mən Gönderileri

Kafka və mən kitaplarını, Kafka və mən sözleri ve alıntılarını, Kafka və mən yazarlarını, Kafka və mən yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
..illərlə gəminin sükanı arxasında dayanan sükançı birdən-birə hardansa gəlib onu itələyərək sükanı əlindən alan kobud və güclü adamdan gəmi heyətinə şikayət edir. Hamı bir-bir gəlib təzə sükançıya, onun sükan arxasında dönməz və qətiyyətli duruşuna baxıb, beləcə də dinib-danışmadan öz yerlərinə qayıdırlar. Beləcə, kütlə üçün sanki onun üzərində kimin hökmranlıq etməsinin fərqi yoxdur. Cilov nə qədər sərt və möhkəm əldədirsə, kütlə bir o qədər asan ram olur
Yalnız şiddətli surətdə sevənlər, şiddətli surətdə də kədərlənə bilərlər
Reklam
88 syf.
10/10 puan verdi
·
7 saatte okudu
Yerli-yerində TƏSBİT
- Fikirlərinizin ruhuma və beynimə xitab etdiyini an, “doğru yoldayam” dedim.
Əlisa Nicat
Əlisa Nicat
Franz Kafka
Franz Kafka
sevdiyim yazıçıların ilk sıralarındadır; o qədər özəl, o qədər dərin .. və bu kitab da sadecə Kafka’nın həyat, yaradıcılığı, qələmə aldığı əsərlərin geniş təhlilinin doğru istiqamətlərindən bəhs edir. Bir ‘Amerika’ əsəri xaric, adı çəkilən digər əsərlərini oxumuş olmağımın mənə verdiyi qüruru bütün ruhumla hiss etdim.. Oxuduqca ustad - Əlisa Nicatla söhbət edirmiş kimi hiss etdim; sevdiyim müəllif və əsərləri haqqında düşüncələri ilə tanış olub, Kafkalı bir ruh ‘səyahəti’nə çıxdım. Və kitab müəllifin müxtəlif zamanlarda qələmə aldığı esselərdəndən ibarətdir. Səhifə keyfiyyəti, qapağın bu estetik dizaynını da ayrıca sevdim, necə deyərlər tam da əziz naşir Yusif İlhamoğluna layiq bir kitab olub. Əhsən! Və son olaraq vurğulamalıyam ki, ustad deyir; “ hər kəs Kafka ola bilməz :) bəzi ədəbiyyat adamlarımızın yerinə, elə kaş Azərbaycandan da tək bir Kafka çıxardı. “ və bu fikri də təsdiqləyirəm. - Gözəl yaşayın, ustad ..
Kafka və mən
Kafka və mənƏlisa Nicat · Çapar Yayınları · 06 okunma
Məhəbbət haqqında da, təbiət haqqında da romanlar yazmaq olar, lakin onlar həyatı tam əhatə edə bilməyəcək. Çünki həyat məhəbbət prosesi deyil, yaşamaq meydanı, xalq demişkən, can bazarıdır.
Həqiqət gözəl olsa da, heç kim onu görmürsə, təsvir etməyə, yəni görüb başqalarına göstərməyə dəyərmi ?
Möhtəşəm təsbit
Yeri gəlmişkən, kaş içində Anar, Əkrəm Əylisli, Elçin və başqaları da olan və XX əsrin 30-90-cı illərini əhatə edən dövrdə yaranmış bütün Azərbaycan ədəbiyyatı nümunələri olmayaydı, əvəzində “Mühakimə” və ya “Qəsr” kimi romanımız olaydı.
Reklam
Həyat insanların davranışında və rəftarlarındadır və onun mənbəyi on milyon və daha çox illər bundan qabaq formalaşmış beyinlərdədir.
Kafka üçün həyat ikimərtəbəlidir. Yuxarıda heç bir tufanın təsir edə bilmədiyi, Nitşe demişkən “soyuq-soyuq yalan üyüdən” dünyanın ən soyuqqanlı müdhişi olan ÖLMƏZ DÖVLƏT APARATI, aşağı mərtəbədə isə hər addımı nəzarət altında olan, hər istəyi və təşəbbüsü düşməncəsinə qarşılanıb qanun və polis aparatı ilə nəzarət altına alınan XALQ VƏ KÜTLƏ.
Razısınızmı ?
Harda insan var, deməli, orda inqilab və müharibələr labüddür. Həyatda mənəvi kateqoriyalar rol oynamır.
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.