Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Keçmiş Satan Adam

Jose Eduardo Agualusa

Keçmiş Satan Adam Gönderileri

Keçmiş Satan Adam kitaplarını, Keçmiş Satan Adam sözleri ve alıntılarını, Keçmiş Satan Adam yazarlarını, Keçmiş Satan Adam yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sərmayəsi sevgi olanın, qazancı xoşbəxtlikdir...
— Bəs siz xoşbəxtsiniz? — Axır ki, dinclik tapmışam. Heç nədən qorxmuram. Heç nəyin həsrətini çəkmirəm. Məncə, buna xoşbəxtlik demək olar. Bilirsiniz, Haksley nə deyirdi? Xoşbəxtlik heç vaxt təntənəli deyil.
Sayfa 163 - fabula neşriyyatKitabı okudu
"Gün ərzində o qədər, həm də elə böyük həvəslə uydururam ki, bəzən gecə düşəndə fərqinə varıram ki, öz fantaziyalarımın labirintlərində azıb qalmışam."
Sayfa 104 - fabula neşriyyatKitabı okudu
Reklam
Artıq heç kim məktub yazmır. Səmimi deyim, insanların yaxşı kağızlarla yazılan, üstünə ətir damladılan, zərfinə qurudulmuş çiçəklər, rəngarəng lələklər, saç telləri qoyulan əsl məktublarla bir-biri ilə əlaqə saxladığı zamanlar üçün çox darıxmışam.
Sayfa 90 - fabula neşriyyatKitabı okudu
Ən xoşbəxt anımda ölmək istəyirəm...
İkinci dərəcəli yolla motosikl sürən bir oğlan təsəvvür edin. Külək onun üzünü yalayır. Oğlan kinoda göstərdikləri kimi gözlərini yumub qollarını yana açır, özünü çox canlı və kainatla bütünləşmiş kimi hiss edir. Qovşağa çıxan yük maşınını görmür. O, xoşbəxt ölür. Xoşbəxtlik, demək olar, həmişə məsuliyyətsizlikdir. Biz yalnız gözlərimizi yumduğumuz o qısa anlarda xoşbəxtik.
Sayfa 87 - fabula neşriyyatKitabı okudu
Həyatda mövcud olan hər şey çox vaxt kitablarda daha orijinal çalarlarla və daha real təsvir edilir, lakin reallıqda yaşatdığı ağrını yaşatmır. "Həyatla kitab arasında qalsan, oğlum, kitabları seç"..
Sayfa 87 - fabula neşriyyatKitabı okudu
"Heç fikir vermisiniz, cansız hər şey günəşdə solur, canlıların isə rəngi daha da tündləşir?"
Sayfa 75 - fabula neşriyyatKitabı okudu
Reklam
Birdəfəlik ölüb yox olmaq istəyirdim. Ümid edirdim ki, əbədi həyat, cənnət-cəhənnəm, tanrı-şeytan, reinkarnasiya və bütün bu kimi şeylər insanların əsrlər boyu sonsuz qorxu içərisində yaratdıqları və inandıqları xurafatdır.
Sayfa 61 - fabula neşriyyatKitabı okudu
Keçmişdə bütün uşaq nağılları eyni cümlə ilə qurtarırdı: "və onlar həyatlarının sonuna qədər xoşbəxt yaşadılar". Bu, şahla şahzadə ailə qurub, çoxlu uşaqları olduqdan sonra baş verirdi. Əlbəttə ki, həyatda heç bir əhvalat belə bitmir. Şahzadələr mühafizəçilərə, jonqlyorlara ərə gedirlər, həyat davam edir və boşanana qədər də heç biri xoşbəxt olmur. Bir neçə il keçir, hamımız kimi onlar da ölürlər. Biz həqiqi mənada yalnız sevgimiz sonsuza qədər davam edərsə, xoşbəxt oluruq, hər şeyin əbədi olduğu zamanda isə ancaq
Sayfa 82 - fabula neşriyyatKitabı okudu
Keçmişin yükü və boşluğu ruhumu əzir...
"O mənə yüzillik həyatını nəzərdə tutaraq cavab verirdi, amma elə çıxdı ki, sanki cəmi bir neçə dəqiqə qabaq başına gələn hansısa bədbəxtlik haqqında danışırdı. Bəzən mən də eynilə bu cür hiss edirəm. Keçmişin yükü və boşluğu ruhumu əzir."
Sayfa 40 - fabula neşriyyatKitabı okudu
Sizə elə gəlir ki, həyat bizdən mərhəmətli olmağımızı istəyir? Şəxsən mən belə düşünmürəm. Həyat ondan zövq almağımızı istəyir.
Sayfa 39 - fabula neşriyyatKitabı okudu
181 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.