Kelile ve Dimne

Beydeba

Kelile ve Dimne Gönderileri

Kelile ve Dimne kitaplarını, Kelile ve Dimne sözleri ve alıntılarını, Kelile ve Dimne yazarlarını, Kelile ve Dimne yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Əsl səadət taleyə bağlıdır,yerdə qalan nə varsa,hamısı heçdir."
Sayfa 257 - Şahzadə və onun yoldaşları fəsliKitabı okudu
Çalış axmaqla olma dost,həmkar, Yaxşı pislə otursa,bədnam olar. O nəfəs ki,verir hər insana can, Zəhr olar, həmnişini olsa ilan.
Sayfa 235 - Bilar və Brahimə fəsliKitabı okudu
Reklam
Onu da bilməlisən ki,səkkiz adamla dostluq etməkdən çəkinmək lazımdır: birincisi - nankor və haqq itirənlərdən;ikincisi,-yersiz özündən çıxıb hirslənənlərdən; üçüncüsü,-ömrünün uzunluğu, yaşının çoxluğuna qürrələnib qayda-qanunlara tabe olmayanlardan; dördüncüsü,-asanlıqla riya və xəyanət yoluna düşə bilənlərdən; beşincisi,-işlərini doğruluq və düzgünlük əsasında deyil, yalan və əyrilik əsasında quranlardan; altıncısı,-həris,düşgün və şəhvətpərəstlərdən;yeddincisi,-səbəbsiz olaraq xalqdan şübhələnib, əsassız olaraq əhalini müttəhim edənlərdən ;səkkincisi,-həyasızlıqda ad qazanıb,şit zarafat etməkdə şöhrət tapmışlardan. Səkkiz adamla dostluq etmək isə məsləhətdir: birincisi -qənaət və səxavətə adət edənlərlə; ikincisi-hadisələrin gedişinə uymayan,öz sözündən dönməyənlərlə; üçüncüsü-alim və hünər sahiblərinə qiymət verənlərlə; dördüncüsü-xəyanətə və namərdliyə nifrət edənlərlə; beşincisi -nalayiq hərəkətlərdən çəkinib,xoşa gələn işlərə meyl göstərənlərlə; altıncısı-qəzəbli vaxtlarında özünü ələ ala bilənlərlə; yeddincisi-hərislik edib tamaha düşmək lazım gələn vaxtda səxavət göstrə bilənlərlə; səkkizincisi-əyyaş və düşgünlər məclisinə nifrət edənlərlə.
Sayfa 224 - Şir və çaqqal fəsliKitabı okudu
Kim öz fitri istedadına,təbii qüdrətinə belə bağlasa,o, mütləq özünü bəla zəncirinə salıb,tez-gec məhv olar. Yemək-içməyinin həddini bilməyən və ya mədəsinin həzm edə biləcəyindən çox yeyən,tikəsini boğazından keçməyəcək qədər böyük götürən adamı öz qənimi hesab etmək lazımdır.
Sayfa 213 - Şəhzadə və Qübbərə quşu fəsliKitabı okudu
... tez-tez dəyişdiyi üçün ürəyə "qəlb" adı verilmişdir. Bilmək olmaz,hər saat nə xəyala düşər,xeyir istər, yoxsa şər.
Sayfa 193 - Meymun və tısbağa fəsliKitabı okudu
Bu dünyanın dövləti Gürzə ilan kimidir, Xarici əlvan rəngli,daxili ağu zəhər. Dövlətlilər "var"-deyə doldururlar piyalə, Yoxsullar "olar"-deyə ümid bağlar xəyalə.
Sayfa 189 - Meymun və tısbağa fəsliKitabı okudu
Reklam
Geri199
1.000 öğeden 991 ile 1.000 arasındakiler gösteriliyor.