Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Kəlamlar (Həzrəti Əli)

Ali Polat

Kəlamlar (Həzrəti Əli) Gönderileri

Kəlamlar (Həzrəti Əli) kitaplarını, Kəlamlar (Həzrəti Əli) sözleri ve alıntılarını, Kəlamlar (Həzrəti Əli) yazarlarını, Kəlamlar (Həzrəti Əli) yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Nəfsini özünlə başqası arasında bir ölçü-meyar et. Öz nəfsin üçün istədiyini o adam üçün də istə. Öz nəfsin üçün istəmədiyini onun üçün də istəmə. Sənə necə münasibət bəslənməsini istəyirsənsə, sən də ona elə münasibət bəslə. Zülmə məruz qalmaq istəmirsənsə, sən də zülm etmə.
Sayfa 103Kitabı okudu
Reklam
Ən aciz insan öz qüsurlarını düzəltməkdə aciz qalandır.
Ən böyük mərdlik bağışlamağı bacarmaq, ehtiyacı olanlara kömək etmək və hər işdə ölçülü-biçili olmaqdır.
Heç bir şey bir məzlumun imdadına yetişmək qədər savab qazandırmaz.
Reklam
Bilmədiyiniz şeyə düşmən kəsilməyin, çünki biliyin çoxu bilmədiyinizin içində gizlənir.
İnsanları doğru-dürüst yola gətirməyə çalışacaqsansa, özündən başla. Çünki özün qüsurlu olduğun halda, başqalarını düzəltməyə cəhd etməyin ən böyük eyibdir.
Ən ağıllı insan öz qüsurunu görüb, başqalarının qüsurlarını görməyəndir.
Tövbə insanın ürəkdən peşman olması, dili ilə əfv diləməsi, bədənindən günahlarını atması və günahları təkrar etməyəcəyi haqqında daxilən qərar verməsi deməkdir.
Reklam
İnsanın bildiklərinə əməl etməsi bilmədiklərini öyrənməkdən daha xeyirlidir.
Əməl olmadan dua etmək, yay olmadan ox atmağa bənzəyər.
Elm meyvəsi gözəl sözlə deyil, gözəl əməllə əldə edilir.
Xoşbəxtliyin əldə edilməsi ibadətin davam etməsi ilə əlaqədardır.
97 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.