Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Köhnə Qorxular

Ramiz Rövşən

Köhnə Qorxular Gönderileri

Köhnə Qorxular kitaplarını, Köhnə Qorxular sözleri ve alıntılarını, Köhnə Qorxular yazarlarını, Köhnə Qorxular yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
:D
Vano hər gün evdən çıxırdı, hər yerə gedirdi, ancaq yenə də axmağıydı. Niko heç vaxt evdən çıxmırdı, heç hara da gedib-eləmirdi, çünki ağıllıydı. Vano hər səhər günəşin doğmağına baxardı, baxıb ləzzət alırdı, ancaq yenə də axmağıydı. Niko günəşin doğmağına baxmırdı, ləzzət də alıb-eləmirdi, çünki ağıllıydı.
Axx axx...
O hansı qız idi? Bir gün ona sən "sevirəm" deyəndə sənə gülən qız. Bir lovğa gülüşlə səni öldürən və sənin gözündə özü ölən qız.
Reklam
Küsdürüb özündən bütün dostları, sevmir özünü də, özgəsini də. Bəlkə də, çəkdiyi papirosların xatirinə alır nəfəsini də.
Haçansa, ya güllə yarasından, Ya da öz yatağımda hansısa xəstəlikdən səssizcə öləndə mən - siz ey məni bir vaxt sevib xoşlayan, qucaqlayan, tumarlayan, oxşayan doğma əllər, köynəyimi cırıb parçalayarsız. Və altında daha ürək döyünməyən sinəmin üstünə məktub qoyarsız, - bircə məktub… başqa şey istəmirəm.
Sən birdən getmədin, yox, hər gün bir az getdin, bir az. Bəlkə, qorxdun- birdən getsən, bu ürəyim tablamaz.
Hər ömür romandı; uzun, ya qısa- şirin sevgiləri, acı səhvləri. Sənin yaşadığın bu romanınsa nə çoxdu cırılan səhifələri.
Reklam
Yaşın iyirmisində, ya otuzunda- yetim kimi qalırsan bu ömrün ortasında. Çığırmaq istəyirsən, içindən səs də gəlmir. Ağlına bir doğma ad, bir doğma üz də gəlmir.
Dərdsiz adam varmı? Bir göstər, hanı? Üzü gülənin də qəlbi sınıqdı. Eeh, mənim ürəyim yüz yerdən damır, Nə bilim, bu qorxu hardan damıbdı?
Yüz dəfə ölsən də, hələ ki sağsan, Ölməyə imkan var hələ nə qədər. Hələ çox "sən"ləri basdıracaqsan Özün son mənzilə gedənə qədər.
Yox, dəymə heç nəyə, qoy belə getsin, Əl vurma bu ömrün axarına sən. Gün-günə calansın, il-ilə yetsin, Gedib çıx bu ömrün axırına sən.
Reklam
Nəsə qoparacaq səndən hər biri, Səndən hər birinə nəsə qalacaq. Kiminə dediyin ən gizli sirrin, Kiminə ən şirin sözün qalacaq.
Köhnə qoxular kimi Köhnə qorxular da candan heç cür çıxmaz ki, çıxmaz.
Dərdsiz adam varmı? Bir göstər, hanı? Üzü gülənin də qəlbi sınıqdı. Eeh, mənim ürəyim yüz yerdən damır? Nə bilim, bu qorxu hardan damıbdı? - Pis yuxu
Sayfa 102 - Teas Press Nəşriyyat EviKitabı okudu
Nələr görür gözümüz, hələ nələr görəcək?! Əgər ömür budursa, doğulmasan yaxşıdı. Gündən-günə daha bərk fırlanır çərxi-fələk, Bu dünya bu gedişlə dağılmasa yaxşıdı. "Xordan bir səs" (A. Blokdan)
Sayfa 99 - Teas Press Nəşriyyat EviKitabı okudu
122 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.